Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Fazil Mustafadan Akif Nağıya sərt cavab:"Sizin mollaxananın bu məmləkətdə ayaq açmasına yol verməyəcəyik!"

19-06-2018, 23:11   


Fazil Mustafadan Akif Nağıya sərt cavab: “Sizin mollaxananın bu məmləkətdə ayaq açmasına yol verməyəcəyik!”

Want create site? Find Free WordPress Themes and plugins.

 Xatırlayırsınızsa, ötən yazılarımda İrançı şəbəkəyə bağlı bir neçə tanınmış şəxsin adını qeyd etmişdim və bildirmişdim ki, irançı şəbəkənin bir təmsilçisinin də açıqlamasını gözləyirəm, ondan sonra məsələyə daha açıq münasibət bildirəcəyəm.

Nəhayət ki, adama susqunluğunu pozdurdular və Azərbaycanda sasani ideologiyasının əsas ruporlarından birinə çevrilmiş, Dini Komitənin keçmiş rəhbərliyinin Azərbaycan hakimiyyətini aldadaraq qonşu ölkənin xüsusi xidmət orqanları ilə birlikdə qurduğu “İslam.az” saytında Qarabağ Azadlığı Təşkilatının sədri Akif Nağının da mövqeyi səsləndirildi.

Bu şəxsin əvvəllər də eyni məzmunlu mövqeyinə layiqli cavab vermişdim, prinsipcə bu tutarlı cavabdan dərs çıxarmalı olsa da, görünür adamı məcburi bu müzakirələrə təkrar cəlb ediblər. Adam guya millətçidir, keçmiş müsavatçıdır, bütöv azərbaycançıdır, maraqlıdır ki, digər millətçilərin, bütöv azərbaycançıların bir qismi kimi həm də təpədən-dırnağa irançıdır.

Mən deyirəm ki, biz bu ölkəni mollaxanaya çevirmək istəyənlərə qarşı dirəniş göstərəcəyik, guya bu Qarabağ davasını aparan, Moskva Universitetinin tarix fakültəsini bitirmiş alim həmin fikri görməzdən gələrək, illərdir irançı saytların böhtançı ritorikası ilə şəxsimizə yönəlik eyni sualı təkrarlayır: “siz ölkədə nurçuluğu yaymaq istəyirsiniz?” Xeyr, cənab Akif Nağı! Bu böhtanlarınız artıq sağlam düşüncəli Azərbaycan cəmiyyətində keçmir. Çünki hər kəs sadəcə müşahidə edib görür ki, Fətullah da eyni sizin ağalarınız kimi ağlayır, sızlayır. Öz teatral qabiliyyətini birbaşa sizin ağlarınızdan götürüb və Fətullah da, sizlər də eyni bulağın axıntılarısınız. Ona görə sizin mollaxananın bu məmləkətdə ayaq açmasına yol verməyəcəyik. Eyni zamanda bundan sonra sizin maska taxaraq müqəddəs Qarabağ davamızın simvolu olan Qarabağ Azadlığı Təşkilatını da Qum Azadlığı Təşkilatına çevirmənizə imkan verməyəcəyik!

Fazil Mustafa, Millət vəkili

A24.Az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar