Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Klinika qarşısında vəfat etdi VIDEO

27-06-2018, 18:48   


Klinika qarşısında vəfat etdi


Bu gün paytaxtın Şamaxinka adlanan hissəsində "Yeni med” klinikasının qarşısında orta yaşlı kişinin vəziyyəti pisləşib. "Qafqazinfo”ya daxil olan məlumata görə, küçədə gedən insanlar ona yardım etmək üçün sözügedən klinikanın həkimlərinə müraciət ediblər.
Maraqlısı isə budur ki, klinikada kardioloq ola-ola heç kim həmin şəxsin köməyinə gəlməyib. Həkimlərdən ümidini kəsən insanlar kişini yerindən qaldırıb və "20 Yanvar”da yerləşən xəstəxanaların birinə aparmağa cəhd edib. Lakin xəstə yolda dünyasını dəyişib.
Qeyd edək ki, vətəndaşlar hadisə yerindən çəkdikləri videonu da saytımıza göndəriblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar