Son günlər Ukraynada və digər ölkələrdə yaşayan soydaşlarımızla bağlı maraqlı məlumatlar əldə etdik.
Sözünhəqiqi mənasında ölkə hüdüdlarından kənarda Azərbaycanı layiqincə təmsil etmək və Azərbaycan mədəniyyətinin təbliğatında böyük hünər göstərmək heç də sıradan bir iş deyil. Əlbətdə ki, müəyyən qüvvələr tərəfindən maneələr qaçılmaz olur. Bütün bunlara baxmayaraq Azərbaycan tarixinin təbliğatı günü bu gündə davam edir. Dosye.org-ın Ukraynada olan əməkdaşlarının araşdırmalarına görə, qeyd etdiyimiz təqdirəlayiq işlərin təşkilatçısı məhz Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri (UABD) Hikmət Cavadovdur. Bu şəxs haqqında kifayət qədər məlumat əldə etdik. Belə ki, gənc yaşlarından Ukraynada tarixi hadisələri digər xalqların nümayindələrinə çatdıran H. Cavadov kifayət qədər nüfüz qazanmışdır.
Təbii ki, Ukraynada tədbirlərin keçirilməsi və təşkilatçılığa tövsiyələr vermək olduqca iradə tələb edir. Onun vətənpərvərliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də qiymətləndirilmişdir. Haqqında müsbət fikirlər səsləndirən soydaşlarımızın dediklərini nəzərə alıb Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri (UABD) Hikmət Cavadovla telefon əlaqəsi yaratdıq.Telefon zəngimizi səmimi qarşılayan H. Cavadov, suallarımızı cavablandırmaqla bir çox məsələlərə aydınlıq gətirdi.(Bu barədə dosye.org-ın çap versiyasının xüsusi buraxılışında tanış ola bilərsiniz)
Onun dediyinə görə, fəaliyyəti dövründə Ukraynada və digər ölkələrdə Azərbaycan əlehinə kompaniya aparan qüvvələrə qarşı mübarizə aparıb. Ona qarşı aparılan təxribatlar və barəsində yayılan dezinformasiyalara baxmayaraq heç zaman mübarizədən çəkinməyib. Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) ofisində tanınmış jurnalist Elşad Eyvazlının müəllifi olduğu və Ukrayn dilinə tərcümə olunan “Böyüməyən uşaqlar” kitabının təqdimatı onu deməyə əsas verir ki, UABD sədri H. Cavadovun qarşıda hələ xeyli görəcəyi işlər var.
Telefon danışığı zamanı Hikmət müəllim onunda nəzərimizə çatdırdı ki, “Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən “Dostluq” cəmiyyətinin sədri Murad Ömərov bu işi yüksək səviyyədə həyata keçirib. Bizim də vəzifəmiz kitabın Ukrayn dilində olan tərcüməsini Kiyev və başqa şəhərlərdə yaymaqdır”. Tam əminliklə qeyd edə bilərik ki, kitabda olan faktlar Xocalı soyqırımı və ümumilikdə Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı həqiqətləri Ukrayna ictimaiyyətinə rahat şəkildə çatdıraq.
Dosye.org