Ermənistanın eks-prezidenti Serj Sarkisyanın daha bir qardaşı həbs oluna bilər.
Xatırladaq ki, ötən həftə Serj Sarkisyanın qardaşı Aleksandr (Saşik) Sarkisyan külli miqdarda mənimsəmə və korrupsiya faktı ilə saxlanılıb. İyulun 2-də isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində sabiq prezidentin digər qardaşı Lyova Sarkisyan və onun övladları qeyri-qanuni yolla külli miqdarda gəlir əldə etmək və onu gəlir bəyannaməsinə daxil etməməkdə şübhəli bilinərək saxlanıb.
Lyova Sarkisyan və onun qızı Ani Sarkisyan, oğlu Narek Sarkisyan 6,8 milyon dollar vəsaiti gizlətməkdə ittiham olunur. Artıq Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində adları çəkilən şəxslərə qarşı cinayət işi açılıb. İstintaq zamanı Lyov Sarkisyan 2017-ci ilədək Lyova Sarkisyan xüsusi tapşırıqlar üzrə səfir işlədiyini və qanunvericiliyə əsasən bəyannaməni təqdim etmək vəzifəsini tutan bir rəsmi şəxs olduğunu deyib.
Lakin Lyova Sarkisyan qızı ilə birlikdə, ictimai xidmət haqqında qanuna əsasən, 2017-ci ildə hesabat dövründə yüksək vəzifəli şəxslərin əmlak və gəlirləri haqqında etika komissiyasına bəyannamə təqdim etsə də bank depoziti kimi yerləşdirdikləri 7 milyon dollara yaxın vəsaiti gəlir bəyannaməsində göstərməyiblər. Nəticədə, onlar pullarının həqiqi məbləği barədə məlumatları gizlədiblər ki, bu da Lyova və Ani Sarkisyanın əmlakının xüsusilə geniş miqyasda elan edilməməsinə gətirib çıxarıb. Hesabat dövründə onların əmlakının artması qanuni gəlirin məbləğindən əhəmiyyətli dərəcədə artıq olub və onlar tərəfindən kifayət qədər əsaslandırılmayıb.
Yəni sonuncu qanunsuz olaraq varlanıb. Narek Sarkisyana gəlincə, istintaqdan verilən məlumata görə, o, gəlir və əmlak haqqında bəyanat təqdim etməyib. 2017-ci ildə N.Sarksiyanın mülkiyyətinin həcmi qanuni mənfəətinini dəfələrlə üstələyib. Bu da əsaslandırılmış deyil və qanunsuz olaraq külli miqdarda gəlir əldə etdiyini sübut edir. “Azadlıq” radiosunun erməni bürosu Lyova Sarkisyanla əlaqə saxlamaq istəsə də onun 12 gündür ölkədə olmadığını deyiblər. Ancaq L.Sarkisyanın ölkəni necə tərk edə bildiyi məlum deyil.
Müşfiq Abdulla
Cebhe.info