ABŞ prezidenti Donald Tramp Helsinki şəhərində Rusiya dövlət başçısı Vladimir Putinlə keçirilən görüşdə ona göz vurub.
Hurriyyet.org Report-a istinadən xəbər verir ki, “Sky News”un müxbiri Mark Stoun bu məqəma diqqət edərək “Twitter”də olayın gerçəkləşdiyi videonu yayımlayıb.
Videoda görünür ki, iki liderin mimikası və jestləri oxşardır: onlar əvvəlcə aşağı baxırlar, sonra növbə ilə pencəklərinə toxunurlar, ardından bir anlıq əllərini bir-birinə toxundururlar və sonda onların baxışları toqquşur.
Videonun sonunda Tramp Putinə göz vurur.