Bakı. 17 iyul. REPORT.AZ/ SOCAR Rusiyanın “Novıy potok” şirkətlər qrupunun səhmlərinin 50 faizini alacağı ilə bağlı bəzi KİV-lərdə yer alan məlumata münasibət bildirib.
SOCAR-dan “Report”a bildirilib ki, şirkətin “Novıy potok”un səhmlərini almasi barədə yayilan məlumat əsassızdır.
Qeyd edək ki, bu gün pravdaurfo.ru saytında SOCAR-ın Rusiyanın “Novıy potok” şirkətlər qrupunun səhmlərinin 50 faizini alacağı barədə iddia yer alıb.