Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Saakaşvilinin tərəfdarları Tiflis küçələrinə çıxdılar - FOTOLAR

2-12-2018, 19:23   


 

"Saakaşvili inqilab yaxındadır deyir"

Gürcüstanın müxalif Güc Birlikdədir seçki bloku Tiflisdə ihtişamlı mitinq keçirir.

Musavat.com-un Vahid Milli Hərəkat Partiyasının mətbuat xidmətindən aldığı bilgiyə görə, aksiyaya 10 mindən çox vətəndaş qatılıb. Aksiyanın əsas tələbi erkən parlament seçkisinin keçirilməsidir.

Aksiyada çıxış edən birləşmiş müxalifətin prezident seçkisindəki namizədi Qriqol Vaşadze bildirib ki, iqtidar xalqın iradəsinin əksinə seçkini saxtalaşdırıb, demokratik prosesə ağır zərbə vurub. O, seçki prosesi zamanı baş verən saxtakarlıqlardan danışaqraq Gürcü Arzusu Partiyasını ölkənin müstəqilliyinə ciddi təhdid adlandırıb. Vaşadze bildirib ki, ölkədəki durumu dəyişmək, Gürüstanda sivil düzənə qaytarmaq üçün qısa zamanda parlament seçkisi keçirilməlidir.

Aksiyaya Hollandiyadan canlı qoşulan eks-prezident Mixail Saakaşvili isə seçki saxtalarlığı üçün bütün məsuliyyətin Bdzina İvanişvilinin üzərində olduğunu deyib. O, bildirib ki, İvanişvili seçkinin azad və ədalətli keçirilməsinə Gürcüstanda törətdiyi cinayətlərə görə ədalət məhkəməsindən yaxasını qurtara bilməyəcəyi üçün mane olub. Saakaşvili partiya mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşları kütləvi aksiyalara dəstək verməyə çağırıb. Eks-prezident bildirib ki, ölkə çox həlledici mərhələyə qədəm qoyub – ya avtoritarizm möhkəmlənəcək, ya da xalq qalib gələcək. O,siyasi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşları ölkənin taleyinə biganə qalmamağa çağırıb.

Prezident Georgi Marqvelaşvili medianın müxalifətin mitinqi ilə bağlı suallarına cavabında bildirib ki, bu, vətəndaşların seçki saxtakarlıqlarına etirazıdır. Onların əlindən sərbəst toplaşmaq haqqını heç kim ala bilməz.

Aygün Muradxanlı,
Musavat.com





Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar