Hurriyyet.org xəbər verir ki, Böyük Britaniyada ölkənin baş naziri Tereza Meyin istefa verməsi ilə bağlı səsvermə keçirilməsi nəzərdə tutulur. “Röyters” agentliyinin məlumatına görə, bunun üçün lazım olduğu qədər səs toplanıb. Səsvermə bu gün yerli vaxtla saat 18:00 - 20:00 arasında İcmalar Palatasında keçiriləcək.
Baş nazir Tereza Mey bildirib ki, bu məsələnin təşəbbüskarı olan Mühafizəkarla partiyasının çağırışını qəbul edəcək. Meyin fikrincə, onun istefası Breksit prosesini ləngidə və hətta ləğv edə bilər. Baş nazir səsvermədə iştirak eləmək üçün İrlandiyaya səfərini təxirə salıb.
Hurriyyet.org