Rusiyanın qərbində Ural gölü ətrafında yerləşən Korkino şəhərində dörd qız özlərindən gözəl olduğu üçün qısqandıqları yeniyetmə qızı palçığa yıxaraq çirkli suyu içməyə məcbur ediblər.
Axar.az xəbər verir ki, rus internet paylaşım saytı olan “Vkontakte”də yayımlanan görüntülərə görə, Vladya Xolod adlı 14 yaşlı qızı məktəbin çıxışında dörd qız dayandıraraq yerə oturdub. Vladyanı çirkli suyun içinə salaraq diz çökdürən 15-16 yaşlı qızlardan biri onun saçlarından tutaraq başını palçığa soxmağa çalışıb.
Daha sonra o biri qızların səyi ilə Vladyaya məcburən çirkli su içirdən qızların işgəncəsi hadisə şahidi olan iki nəfər tərəfindən çəkilərək “Vkontakte”yə yüklənib.
Hadisə ortaya çıxandan sonra məktəb rəhbərliyi dörd qızı cəzalandıraraq üzr istəməyə məcbur edib.
Vladya dörd yeniyetmə qızdan birinin sevgilisinin ona baxdığına görə qısqanclıq keçirdiyini və buna görə hücuma məruz qaldığını bildirib.
[media=http://www.youtube.com/watch?v=6l_2r26c_A4]