Çində yaşayan uyğur türkləri yenə qadağalarla üzləşiblər
Pekində müsəlmanların çoxluq təşkil etdiyi 9 milyon əhaliyə sahib Şincan Uyğur Muxtar vilayətində dövlət məmurları və tələbələrin Ramazan ayında oruc tutması qadağan edilib.
ANS PRESS-in məlumatına görə, Pekində Şincan bölgəsinin rəsmi internet saytında yerləşdirilən əsasnamədə Ramazan ayında oruc tutmağın qadağan olunduğu bildirilir.
Qəbul edilən qərar bölgədəki türk və müəlman əhalinin etirazına səbəb olub. Qərar Hotan bölgəsinə də şamil edilib. Əsasnaməyə əsasən, dövlət məmurları və tələbələrə Ramazan ayına xas olan dini ibadətlərin icrası, məscidə getmək və zəkat vermək qadağan edilib.
Xatırladaq ki, bundan əvvəlki bir neçə ildə də həmin bölgədə oruc tutmaqla bağlı qadağa qoyulmuşdu.