Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Türkiyədə şantajla azərbaycanlı iş adamının 1 milyon dollarını ələ keçirmək istəyən ər-arvad tutulub

27-09-2019, 13:28   


Türkiyədə azərbaycanlı iş adamının 1 milyon dollarını şantaj yolu ilə ələ keçirməyə cəhd edən ər-arvad saxlanılıb.

APA-nın xəbərinə görə, bu il sentyabrın 23-də Türkiyədə turizm sahəsində bizneslə məşğul olan Azərbaycan vətəndaşı N.N. İstanbulda polisə müraciət edərək, 5 ildir, yanında işləyən şəxs tərəfindən şantaj edildiyini bildirib: “Yanımda işləyən Özgür.K. həyat yoldaşının telefonu ilə mənə zəng edərək, əlində intim görüntülərimin olduğunu dedi və 1 milyon dollar istədi. Pulu verməyəcəyim təqdirdə görüntüləri sosial şəbəkədə yayacağını və ailəmə bildirəcəyini dedi. Hətta Azərbaycan mətbuatına xəbər ötürəcəyini bildirdi”.

Müraciətlə əlaqədar əməliyyat keçirən polis həmin şəxsi arvadı Esin K. ilə birlikdə Ərzurumda yaxalayıb.

Özgür K. ifadəsində iş adamının ona borclu olduğunu iddia edib.

Araşdırma zamanı ər-arvadın Gürcüstana qaçmaq istədiyi müəyyənləşib.

Türkiyədə şantajla azərbaycanlı iş adamının 1 milyon dollarını ələ keçirmək istəyən ər-arvad tutulub

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar