“Nokia”nın adı dəyişdirilir

4-07-2014, 11:25   
"Nokia"nın adı dəyişdiriləcək. "Microsoft" tərəfindən satın alındıqdan sonra şirkətin adının nə olacağı sual altında idi. Amma bir neçə gündür ki, "Nokia" markasının yeni adına aydınlıq gəlib.
"Microsoft"un "Nokia"nı satın almasından bu yana yeni cihazların üzərində hansı markanın olacağı müzakirə mövzusu idi. Bəziləri "Nokia" markasının "öləcəyini", digərləri isə "Microsoft"un "Nokia" markası ilə telefon istehsalına davam edəcəyini iddia edirdilər.
Son iddiaya görə isə yeni cihazlarda həm "Nokia", həm də "Microsoft" markasının yazısı əks olunacaq. Başqa bir sözlə iki marka birləşəcək və qarşımıza "Nokia by Microsoft" olaraq çıxacaq.
Qeyd edək ki, mobil telefon nəhəngi "Nokia" ötən ilin noyabr ayında 7,2 milyard dollar müqabilində "Microsoft"un tərkibinə daxil olub. /anspress/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar