anaxeber.info dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - yaxın ətrafınızdakı insanların sizdən narazı qalmalarına şərait yaratmayın. İmkan düşən kimi kiməsə meydan oxuyaraq rəqiblərin sayını artırmayın. İşgüzar məsələlərin müzakirəsi və ünsiyyət baxımından çox mürəkkəb zamandır. Şəxsi münasibətlər müstəvisində vəziyyət bir qədər fərqlidir. Səbəb isə yaxınlarınızın sizin hərəkətlərinizin əksəriyyətinə güzəştli yanaşmalarıdır.
Rasionunuza fikir verin. Tamahkarlıq etməyin, dietik qidaya üstünülk verin. Fiziki işin həcmini azaldın.
Buğa - yaxın perspektivlə bağlı ciddi planlar qurmaq olar. Niyyətlərinizi reallaşdırmağa çalışın. Önəmli məqamlara laqeyd yanaşmayın, onları yaddan çıxarmayın. İşgüzar münasibətlərinizin olduğu insanlarla diqqətli davranın.
Yeni tanışlıqlar bir qədər sonra faydalı olacaq. Səfər və ya səyahətlər üçün əlverişli zamandır. Təmirə başlamaq, yaşam arealını yeniləmək, interyerə dəyişikliklər etmək olar. Son vaxtlar sizi qayğılandıran maliyyə problemlərini həll etmək olar.
Əkizlər - mühüm görüşlər günüdür. Yaxın ətrafınızdakı insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmaq asan deyil. Amma səy göstərsəniz, buna nail ola bilərsiniz. Uzaqdan gəlmiş insanlarla ünsiyyət üçün münasib zamandır. Yeni işgüzar tərəfdaşlar tapa bilərsiniz.
Səfər və ya səyahət yaxşı nəticə verə bilər. Dəvət aldığınız tədbirə qatılın. Orqanizminizin qayğısına qalın. Emosional davranmayın, hisslərin əsirinə çevrilməyin.
Xərçəng - yalnız sizin üçün önəmli sayılmayacaq uğurlara nail ola bilərsiniz. Yaxın ətrafınızdakı insanlar baş verənlərə laqeyd qalmayacaqlar. Onlar qətiyyət və səylərinizi dəyərləndirəcəklər.
Dəyər verdiyiniz insanlarla aktiv ünsiyyətdə olun. Onları düşündərən məsələlərdən hali olmağa can atın.
Səfər və səyahətə hazırlaşmaq üçün əlverişli zamandır. Marşrutu diqqətlə seçin. İnsanlarda yanılmayın. Yaxından bələd olmadığınız adama inanmayın. Yeni münsibətlər harmonik olacaq, pozitiv emosiyalar bəxş edəcək.
Şir - işgüzar danışıqlarda aktiv iştirak edib. Bu minvalla həmkarlar və tərəfdaşlarla təmasları səbatlı etməklə yanaşı, əməkdaşlıq üçün daha əlverişli şərtlərə nail ola bilərsiniz. Uzaqdakı potensial tərəfdaşlarla əlaqələri intensivləşdirin.
Gəlirlər istisna deyil. Əldə olunan məbləğ əhəmiyyətli ola bilər. Son vaxtlar sizi narahat edən əmlak məsələlərinin üçün yetərli məbləği əldə etmək mümkündür. Alış-verişdə simiclik etməyin.
Qız - kobud səhvlərə və ağır yanlışlıqlara yol verməyin. Yalnız öz istəklərinizi, məqsədlərinizi nəzərə alaraq yaxın ətrafınızdakı insanların mənafelərini unutmayın. Belə olarsa, münasibətlərdə gərginliklər yaranacaq.
Səhvlərinizi vaxtında etiraf edin. Problemlərin həllini təxirə salmayın.
Günlə bağlı planların hamısını reallaşdırmaq mümkün deyil. Anlaşmaların şərtləri dəyişir, bəziləri gözlədiyiniz kimi davranmırlar. Maliyyə və əmlak məsələlərinin həllini ertələyin. Əşyalarınıza fikir verin. Dəyərli nəsnəni itirə bilərsiniz.
Tərəzi - başladığınız işləri yarımçıq qoymayın. Uzun müddətdən bəri faydalanmadığınız bilik və bacarıqlardan istifadə edərək məqsədə aparan yolda əhəmiyyətli addım atın. Uzaqdan gələn insanla təmaslar, yeni tanışlıqlar ola bilər.
Başqa şəhərdə yaşayan adamla romantik münasibətlər başlana bilər.
Bilik və bacarıqların artırılması, yeni informasiyaların alınması üçün əlverişli zamandır. Laqeyd olmadığınız insanlara məntiqi məsləhətlər verə bilərsiniz. Daşınmaz əmlak və maliyyə məsələləri ilə bağlı sənədləşdirmə ilə məşğul olmaq mümkündür.
Əqrəb - uzaq keçmişdəki olaylardan birini sürəkli xatırlayaraq neqativ emosiyaları bərpa etməyin. Qisas, intiqam soyuq yeyilən yeməkdir. Aşkar, məntiqi cavabların olmadığı suallar üzərində baş sındırmaqla vaxt keçirməyin. Yaşamınızda dəyişikliklər etmək üçün əlverişli gün deyil. Belə fikrə düşsəniz, mümkün qədər ehtiyatlı davranın.
Yeni ideyalar ilk baxışdan göründüyü qədər yaxşı deyil. Sizi həmin ideyalardan çəkindirməyə çalışan insanlara qulaq asın. Tənqid konstruktivdir, deyilənlərdən yararlana bilərsiniz.
Oxatan - başladığınız işləri başa vurun. Sonradan onları yerinə yetirməkdə çətinliklər yaranmasın deyə, diqqətli və sərvaxt olun. İşlərdə ardıcıllığa riayət edin. Tələsmədən işləyin. Aralıq təhlillərdən yayınmayın, səhvlərin nəticələrini anlamağa çalışın.
Günün ikinci yarısında yaşam potensialının səviyyəsi aşağı düşə bilər. Yorğunluq və qıcığa əsir düşməyin. Sevdiyiniz insanın xətrinə dəyməyin. Yaşlı qohumlarla aqressiv davranmayın.
Oğlaq - bütün diqqəti cari işlərin görülməsinə, peşəkar fəaliyyət müstəvisində qayda yaradılmasına sərf edin. Rutin işlər sizi pis fikirlərdən ayıracaq, konstruktiv fəaliyyətin təməlinə çevriləcək. İşgüzar danışıqlar pis keçməyəcək. Opponentlərinizin nə istədiyini anlayın. Maraqlarınızı sonadək qoruyun, mövqelərinizdən geri çəkilməyin.
Şəxsi münasibətlərdəki problemləri həll etmək olar. Axşam saatlarınızı yaxınlarıınzla birikdə keçirin. Sevdiyiniz insana xoş anlar bəxş edin. Onu dəstəkləyin, hədiyyə ilə sevindirin.
Dolça - məntiqli və effektiv ideyalarınızın reallaşması üçün konkret addımlar atın. Tənbəllik etsəniz, ideyalarınızdan bədxahlarınız yararlana bilər. İşləri görərkən praqmat olun. İllüziyalara qapılmayın, praktiki layihələrə üstünlük verin. Yaşlı qohumlarla münasibətlərdə problemlər yarana bilər. İndiyədək mövcud olan fikir ayrılıqları və ixtilafların münaqişə səviyyəsinə yükəsəlməsinə rəvac verməyin.
Səfər və ya səyahətdən imtina edin. Sükan arxasında çox vaxt keçirməyin. Nəqliyyat vasitəsi almağa dəyməz. Kiçik maliyyə itkiləri istisna deyil. Gəlir və ya ödəniş, habelə maaş gecikə bilər.
Balıqlar - maraqlı ideyalar istisna deyil. Həmin ideyaların həyata keçirilməsi nəzərdə tutulduğundan da artıq vaxt ala bilər. İntuisiyanız kəskin olun. Ani hisslərə qapılmayın, qəribə emosiyalara əsaslanaraq hərəkət etməyin. Bəzi olayların xəbərdarlıq olduğunu anlayın.
Şəxsi münasibətlərdə ciddi dəyişikliklər olacaq. Hadisələr sürətlə inkişaf edir. Uzun müddət düşünüb-daşınsanız, geriləyə bilərsiniz. Sinirlənməyin, soyuqqanlı olun. Axşam saatlarında aktiv istirahəti seçin.