Ölmüş nənə nəvəsinin telefonuna o dünyadan “selfi” göndərdi

8-07-2014, 10:36   
Ölmüş nənə nəvəsinin telefonuna o dünyadan “selfi” göndərdiRumıniyanın cənub-şərqindəki Skurteşti şəhərinin sakinləri Mixay familiyalı həmyerlilərinin ruhuna dua etmək üçün kütləvi şəkildə kilsəyə axışır.

Buna səbəb ölmüş qadının ruhunun cəhənnəm əzablarına məruz qaldığını əks etdirən fotodur.

Virtualaz.org saytı Britaniyanın “Metro” qəzetinə istinadən xəbər verir ki, sakinlərin hesab etdiyinə görə, qadın o dünyadan nəvəsinin mobil telefonuna “selfi” göndərib. Həmin fotoda onun boynuna ilan dolandığı görünür.

“Mən telefonu açdım və ölmüş nənəmin sifətini görəndə şoka düşdüm. Onun boynuna ilana oxşar nəsə dolanmışdı, şəkil isə elə görünürdü ki, sanki canlıların dünyasını ölülərin dünyasından ayıran pərdədəki deşikdən çəkilib” – deyə qadının nəvəsi Cina Mixay bildirib.

Cina Mixay telefonu foto ilə birlikdə falçıya aparıb. Falçı deyib ki, bu yolla nənəsi ona o dünyadan mesaj göndərir. Onun boynundakı ilan isə qadının hansısa günahlarına görə o dünyada əzab çəkdiyini göstərir.

Cina Mixay istisna etmir ki, nənəsinin o dünyada cəzalandırılmasında onun da günahı var. Çünki rumın ənənələrinin əksinə olaraq o, nənəsinin qəbri üstünə yemək aparmayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar