Qəribə və mistik ölümlər

8-07-2014, 11:08   
Qəribə və mistik ölümlər
İnsan bu dünyaya sadəcə qonaq kimi gəlir. Necə deyərlər, "bu dünya pəncərədir, hər gələn baxıb gedər”.

Amma bəzi insanların bu dünyaya gəlişləri yox, məhz gedişləri daha mistik və daha maraqlı, hətta deyərdim, çox qəribə olur.

Əvvəlcə keçmişə səyahət edək.
Kəsik başın intiqamı
1892-ci ildə "Nəhəng” ləqəbli kral Siqurd Orkineyski döyüş zamanı düşmən cəngavərinin başını qılıncla üzür. Qələbəni qeyd edən kral kəsik başı atının yəhərinə bağlayır. Siqurd atı çaparkən kəsik baş onun ayağını dişləyir. Sonradan dişlək yeri irinləməyə başlayır və kral qan zəhərlənməsindən ölür. Belə desək, kəsilmiş başı ölmüş cəngavərin qisasını alır.
1478-ci ildə Klarensk hersoqu Corc Plantanaqet ölüm cəzasına məhkum olunur. Ona öz edam üsulunu seçməyi təklif edirlər. Yəni, zadəgan olduğuna görə hörmət edirlər ki, nə cür ölmək istəyirsən, buyur seç. Hersoqun arzusu ilə onu çaxır dolu çəlləkdə batırırlar.

1469-cu ildə isə digər aristokrata, ser Artur Astona sui-qəsd olur. Düşmənləri şikəst zadəganın ayağındakı dəmir protezləri çıxarır və elə bu protezlə onu döyərək öldürürlər.

1771-ci ildə İçveç kralı Adolf Frederik qulluqçulara bol yeməkli şam yeməyi sifariş edir. Qarınqululuğu ilə məşhur olan kral bir oturuma lobster, hisə verilmiş balıq, kələm şorabası, balıq kürüsü, 14 çeşiddə başqa desert yemək yeyir. Bunlarla birlikdə çoxlu şampan şərabı da içir. Nəticədə kral partlamaya düşərək ölür.
Öz-özünə alışıb yanan meyit

Keçək zəmanəmizə. Yunan əsilli Mariya Pantazapulos toydan sonra bal ayını əri ilə birgə Monrealda keçirirdi.
Təzə gəlin yerli fotoqraflardan birinə pul verərək çay kənarında fotosessiya etmək fikrinə düşür. Nə biləydi ki, fotosessiya zamanı çaya düşərək batacaq.

Devid Pendlton adlı britaniyalı isə qəbiristanlıqda sevimli arvadının məzarını tez-tez ziyarət edirdi. Hətta arvadının qəbrinin yanında özünə də məzar qazdırmışdı. Bir gün yenə arvadının qəbri üstünə gələndə soyğunçular Devidi gülləyib özü üçün hazırladığı qəbirə tulladılar.
1998-ci ildə Konqo Demokratik Respublikasında beynəlxalq səviyyəli futbol matçı keçirilirdi. Hava yağmurlu olsa da, yerli milli komandanın oyununa xeyli tamaşaçı gəlmişdi. Birdən şimşək çaxır və futbol meydançasına ildırım düşür. Qonaq komandanın meydanda olan bütün üzvləri həlak olur. Qəribədir ki, yerli komandadan heç kimin burnu belə qanamadı.
Daha bir sirli ölüm – 2013-cü ilin fevralında ABŞ-ın Maldrou şəhərində yerli polis evlərdən birində 65 yaşlı Denni Vanzattın yanmış meyitini tapır. Qəribə burası idi ki, Denni yansa da, döşəmədə yanıq izi yox idi. Onda polis ehtimal edir ki, bəlkə, mərhumu başqa yerdə yandırıb sonra evinə gətiriblər. Amma ekspertizadan cavab gəlir ki, Denni Vanzart elə tapıldığı yerdə olub. Kimsə ona toxunmayıb, kənara aparılmayıb. Yaxşı, Denni alışıb-yanıbsa, bəs otaqda niyə yanıq izi yoxdur? Bu suala nə istintaq, nə ekspertiza cavab tapdı. Sirli ölüm açılmamış qaldı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar