İqbal Ağazadə Xətai İcra başçısına müraciət etdi: “Seçicilərin rəyinə hörmət edin, seçkiyə müdaxiləni yığışdırın”-VİDEO

12-01-2020, 10:39   
 

Xətai rayon 35 saylı üçüncü seçki dairəsində icra hakimiyyətinin kobud seçki pozuntusu ilə bağlı Ümid partiyasının sədri, Xətai rayon 35 saylı üçüncü seçki dairəsindən deputatlığa namizəd İqbal Ağazadə icra başçısına müraciət edib. Cumhuriyyet.az bildirir ki, müraciətdə icra başçısı bir namizədin xeyrinə fəaliyyətdə ittiham olunur. Belə ki, həmin dairədən digər namizəd Rauf Arifoğlunun rəhbəri olduğu “Yeni Müsavat” qəzetində və saytda Xətai rayonu, Naximov küçəsi, II döngə ərazisində yol və kanalizasiya problemləri işıqlandırılmış və bunun ardınca icra hakimiyyəti bu məsələyə diqqət ayıraraq ərazidə fəaliyyətə başlamışdır. Bu isə yerli sakinlər arasında bir namizədin ərazinin problemlərini həll etməsi kimi təbliğ olunmuş, icra hakimiyyəti isə bu prosesə bilavasitə dəstək verərərk bir namizədin xeyrinə fəaliyyət göstərmiş olmuşdur. İ.Ağazadənin videomüraciətini olduğu kimi diqqətinizə çatdırırıq:

 

 

 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar