ANAXEBER.az saytının baş redaktoru Azər Talıbovun Avropa Məhkəməsinə ünvanlandığı şikayət icraata götürülüb. Bu barədə ANAXEBER.info-ya Azər Talıbovun vəkili Elçin Sadıqov bildirib.Azər Talıbovun şikayəti ANAXEBER.az saytının bloklanması ilə bağlı idi. 2018-ci ilin avqustun 7-də Səbail Rayon Məhkəməsi Az24saat.org saytının, avqustun 8-də isə Xural.com, Arqument.az və Anaxeber.az saytlarının bloklanması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi iddiasını təmin edib.Bu qərardan verilmiş apellyasiya şikayəti təmin edilməyib və Azər Talıbov Avropa Məhkəməsinə üz tutub.