ABŞ-ın ƏFQANISTANDAKI HƏRBİ BAZASINDA MƏXFİ GÖRÜŞ:koronavirusdan qorxmayan Pompeo 3 çinli ilə nəyi müzakirə edib?

10-04-2020, 10:35   

Ərgün Dilər

“Takvim”, Türkiyə, 09 aprel 2020-ci il

 

Gəlin, bu gün haqqında məlumat sızdırılan bir görüşlə başlayaq və irəliləyək. Bu, gələcəyi anlamaq baxımından da son dərəcə önəmli bir görüşdür.

Bütün dünya kimi, ABŞ da koronavirusla mübarizə aparır. Çox ciddi itkilər də verir. Ancaq ABŞ bu mübarizədən əlavə, başqa sahələrdə də ayaq izi buraxaraq irəliləyir. Nyu-York açıq hava məzarlığına dönmüşkən, ABŞ Xarici işlər naziri Mayk Pompeo ötən həftə qalxıb Əfqanıstana getdi. Həqiqətin üstünü örtmək üçün həmən belə bir rəsmi açıqlama gəldi: “ABŞ Xarici işlər naziri Mayk Pompeo, Talibanla əldə edilən sülh anlaşmasını qaldığı yerdən davam etdirmək üçün Əfqanıstanın paytaxtı Kabildədir…”

Talibanla maraqlanan varsa, o rəsmi görüş haqqında açıqlamaya baxsın. Ancaq bizi maraqlandıran o bölüm deyil. Taliban heç deyil.

Evinizdən dünyaya bir baxın. Təyyarələr uçmur, birjalar açılmır, neft pul gətirmir, bombalar partlamır, terror təşkilatları evdən çıxmır, əllər sıxılmır, sosial məsafə qorunur, Həftər də, əl-Qaidə də, İŞİD də səssizdir, karantindədir… Sanki bir virus həyatı durduraraq, yeni səhifə açmağa məcbur edir.

Məhz bu iqlimdə Pompeo qalxıb Talibanla görüşmək üçün Əfqanıstana gedir. Qəribə deyilmi? Qəribədir, həm də çox…

Qlobal iqtisadiyyat çökmüş, ABŞ tarixinin ən ağır iqtisadi böhranına girmək üzrədir, Pompeo da gülərək Qəni ilə poza verir. Olacaq iş deyil. Nə üçün qəhqəhə çəkirlər? Yaxşı, bəs bilmədiyimiz nə vardır? Məsələni bir az açaq.

Əşrəf Qəni ilə görüş əsl görüşü pərdələmək üçün uyduruldu. ABŞ Xarici işlər naziri Mayk Pompeo Kabilin 47 km şimalındakı Baqram bazasına keçdi. Çünki Baqramda onu gözləyən 3 önəmli qonaq vardı. Gələnlər çinli idilər. Üçü də Siyasi Büronun ən kilid üzvləri, yəni, Çin dövlətinin ən üst səviyyədə olan 3 şəxsi idi.

Bu görüşdə Pompeo, çox aydın və açıq danışdı. Qarşısındakı 3 çinliyə “Sizin ipinizi çəkdik” dedi. İfadə eynilə belədir: “Sizin ipinizi çəkdik”.

Çinin bu sözləri nə qədər ciddiyə aldığını yaxında görəcəyik. Amma bu, üzlərinə deyildi. ABŞ-ın 24 saat ərzində minlərlə ölüm haqqında hesabat verdiyi günlərdə Pompeonun çinliləri amerikan hərbi bazasında qəbul etməsi dünyada yeganə supergücün hələ də ABŞ olduğunu göstərir. Pompeonun çinlilərdən süni tənəffüs aparatı və maska istəmədiyi nəzərə alınarsa, görəsən, başqa nədən söhbət etdilər…?

Sızan məlumatlara görə, Pompeo “Fransa və İngiltərə ilə imzaladığınız gizli anlaşmaları zibil qutusuna atın” deyib. “Hər şeyi bilirik. İşi uzatmayın. Artıq vaxtımız yoxdur” xəbərdarlığını etməyi də unutmayıb.

Bəzilərinə görə, Boris Consonun xəstəxanaya aparılmadan öncə son telefon danışığını bir çinli iş adamı ilə etməsi də, əlbəttə, təsadüfdür. O səviyyələrdə heç təsadüf olurmu? Bilmirəm. Şahzadə Çarlzla birlikdə Boris Consonun koronavirusa yoluxması necə, asan izah ediləsi bir şeydirmi? Qərar verə bilmədim.

ABŞ Xarici işlər naziri Mayk Pompeo görüşün əsas yerində 3 Siyasi Büro üzvünə ABŞ-dan gələcək təzminat iddialarının həcmini göstərən rəqəmi də söylədi. Hər halda, hər bir çıxışını “Çin virusu” deyərək bitirən Trampın dilinin dolaşmadığını bilirik.

Pompeo, Kabildə çinli vəzifəli şəxslərlə keçirdiyi görüşdən sonra ABŞ-a dönərkən Boris Consonun yerinə müvəqqəti və ya daimi Baş nazir olacaq Xarici işlər naziri Dominik Raaba telefon açdı. Yeri gəlmişkən, Xarici işlər naziri Dominik Raab “Brexit”in memarıdır.

Pompeo ingilis həmkarına zəng edə bilərmi? Əlbəttə. Ancaq onun Raabdan çinli çox önəmli şəxslərlə keçirdiyi görüş haqqında məlumatı birbaşa Kraliça II Yelizavetaya anlatmasını istəməsi bir az qəribədir. Bu telefon danışığından sonra Dominik Raabın heç kimlə görüşməyən Kraliçanı ziyarət etməsi və onunla təqribən 3 saat görüşməsi də adi bir durum deyildir.

Ayrıca, Pompeo, Raab və Kraliça arasında keçirilən danışıqlarda koronavirusdan heç bəhs edilməməsi də qəribə deyilmi? Pompeo, Raab və Kraliça gələcək haqqında danışdılar. Gələcək, əlbəttə, artıq daha çox önəmlidir.

ABŞ-la “10 Downing Street(Baş nazirin rəsmi rezidensiyası – tərc.) eyni xətdə olmasa da, bu vəzifəni yerinə yetirəcək Raab və Kraliça II Yelizaveta eyni görüşü paylaşırlar. Pompeo, Raab və Kraliça arasındakı xətt nə qədər güclü olarsa, koronavirusla başlayan psixoloji və iqtisadi böhran da o qədər sürətlə həll edilə bilər.

İndi reanimasiyada olan Boris Consonun bu sözlərini xatırlayaq: “AB-dən çıxmaq istəməyimin səbəbi, Böyük Britaniyanın xarici siyasət üfüqünü genişləndirməkdir. Türkiyə də daxil olmaqla, dostlarımızla əlaqələrimizi gücləndirməkdir. Bu, bizim “Qlobal Britaniya” dediyimiz şeyin əsasını yaratmaqdır…”

Qlobal İngiltərə Çinsiz ola bilməzdi. ABŞ bunu lap əvvəldən bilirdi. Koronavirus infeksiyası ilə birlikdə, bu savaş əməlli-başlı açığa çıxdı. Belə demək mümkünsə, İngiltərə Çin vasitəsilə ABŞ-la vuruşurdu. Xatırlayırsınızsa, ötən ilin may ayında İngiltərə Milli Təhlükəsizlik Şurasının toplantısından “informasiya sızmasına” görə çalxalanırdı. O zaman İngiltərə Milli Təhlükəsizlik Şurasının Huawei”-nin 5G internet şəbəkəsinə girişinə məhdud icazə verməsi barədə qərarı haqqında informasiya sızmışdı. Bu da Müdafiə naziri Qevin Uilyamsonun postunu itirməsinə səbəb olmuşdu. Çünki İngiltərə verdiyi qərar nəticəsində ABŞ-dan gələcək reaksiyadan çəkinirdi. ABŞ-ın mövqeyi dəqiq idi. “Kəşfiyyat mübadiləsi etmərik!” deyərək, xəbərdarlıq edirdi. İndi yeni güc balansı koronavirus vasitəsilə yaradılacaq. Hər kəs öz oyununu oynayır. Ancaq İngiltərə daxilində də durum qarışıqdır. Krallıq rəsmən sarsılır…

Nə olursa olsun, “dərin Amerika”nın hərbi bazada 3 “dərin çinli” ilə görüşməsi son dövrün ən önəmli addımıdır.

Trampın “Yenidən böyük Amerika!” deyərək, Ağ Evə gəlməsinin altında Çinə gedənlərin geri gətirilməsi və ya cəzalandırılması da yatmaqdadır.

Savaşı indi yaşayırıq, amma qərar çox öncə verilib. Tramp hələ 2018-ci ildə, Vindzor qəsrində onu gözləyən Kraliçaya qarşı etdiyi ölçüsüz hərəkətlərlə bu savaşın xəbərini vermişdi. Tramp Kraliçanı 15 dəqiqə ayaq üstündə gözlətdi, önündə əyilmədi, mərasimdə də öndə irəlilədi. Yəni, heç vaxt edilməyən hərəkətləri etdi.

İzləməyə davam edək, maraqlı şeylər olacaq…

Tərcümə Strateq.az-ındır

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar