Aleksey Naumov
“Kommersant”, 26.04.2020
Şənbə axşamı bir neçə dünya KİV-i müxtəlif mənbələrə və ya digər nəşrlərə istinadən xəbər verib: KXDR lideri Kim Çen In ölüb, ölür və ya vegetativ vəziyyətdədir. Buna cavab olaraq, Bazar günü səhər KXDR dövlət radiosu Kim Çen Inın “məşğul olduğunu” bildirib. “Kommersant” onun “infarkt keçirməsi”, “əlləri titrəyən və təcrübəsiz cərrah” haqqında hekayətləri araşıdırıb.
Şimali Koreyada baş verən digər hadisələr kimi, bu da aprelin 15-də, Günəş Günündə olub. Kim Çen In, adət-ənənəyə zidd olaraq, babası və Şimali Koreya dövlətinin qurucusu Kim İr Senin doğum gününə həsr olunmuş tədbirlərə qatılmayıb.
Adətən, bayram geniş miqyasda qeyd olunur, lakin bu il yubiley tədbirləri qısa formatda keçirilib – bu, koronavirus epidemiyası ilə izah oluna bilər, amma Pxenyan ölkədə COVID-19 hallarının mövcudluğunu rədd edir.
Sonra şübhələr çoxalmağa başlayıb: Koreyanın Mərkəzi Teleqraf Agentliyinin (CTAC) veb saytının “Ali Rəhbərliyin Fəaliyyəti” adlı ən vacib sütununda yalnız “Hörmətli Ali Rəhbər yoldaş Kim Çen In Suriya prezidentinə teleqram göndərib” adlı özlüyündə heç nə deməyən məlumat yerləşdirilib.
Ən son “canlı” xəbər aprelin 12-nə təsadüf edir: Şimali Koreya mediasında liderin fəaliyyəti barədə bir gün gecikmə ilə məlumat vermək adətini nəzərə alaraq, 11 apreldən sonra heç kimin Kim Çen Inı görmədiyi qənaətinə gəlmək olar.
Ayın sonunda ali rəhbərin müəmmalı şəkildə yoxa çıxması aşkar edilib: Cənubi Koreyanın “NK Daily” qəzetinin, əsasən şimaldan olan qaçqınlar tərəfindən hazırlanan buraxılışında, Kim Çen Inın uğursuz ürək əməliyyatı keçirdiyi və villalarından birində müalicə olunduğu bildirilib. Eyni zamanda, CNN kəşfiyyatdakı bir mənbəyə istinadən bunu təsdiqləyib: ABŞ hakimiyyəti Şimali Koreya liderinin ağır vəziyyəti ilə bağlı kəşfiyyatçılardan aldığı məlumatları araşdırır.
Ancaq Cənubi Koreya agentliyi “Ronhap”, Koreya Respublikası rəhbərliyindəki mənbələrə və “Reuters” Çin səlahiyyətlilərinə istinadən bu məlumatı təkzib edib.
Şayiələri Rusiya, Çin və ABŞ-ın səlahiyyətləri, əsasən, “bilmirik, amma izləyirik” ruhunda şərh edib və qalmaqal yatıb, amma daha sonra “mənbələr” yenidən odu körükləyib.
Cümə günü, aprelin 24-də yapon qəzeti “Shukan Gendai”, KXDR-ə çağrılan çinli bir həkimə istinad edərək xəbər verib: ölkə daxilində səyahət zamanı Kim Çen In qəflətən ürəyindən tutub və yerə yıxılıb. Həkimlər onun köməyinə qaçıb, ürək masajı verməyə çalışıb və təcili xəstəxanaya aparıblar. Demək olar ki, dərhal, Pxenyanın tələbi ilə, avadanlıqları olan 50 həkimdən (yapon qəzetinin mənbəyinə görə, kardioloqlar və hərbi həkimlər də daxil olmaqla) ibarət qrup Pekindən Koreyaya yollanıb.
Ancaq mənbənin sözlərinə görə, şimali koreyalı həkimlər süründürməçiliyin mümkün olmadığını başa düşüb və ürəyin qan damarlarının stentlənməsi prosedurunu müstəqil həyata keçirmək qərarına gəliblər. Əməliyyat uzun illər Çində təhsil alan bir kardioloqa həvalə edilib, ancaq o, “çox əsəbi idi, əlləri titrəyirdi. Bundan əlavə, heç vaxt Kim Çen In kimi kök bir insanı əməliyyat etməyib, nəticədə cəmi 8 dəqiqə sonra stent yerləşdirilib”.
Nəşrin yazdığına görə, bu müddət ərzində lider “tərəvəzə çevrilib” və onu müayinə edən Çin həkimləri artıq kömək edə bilməyiblər.
Aprelin 25-də “Reuters” bir anda üç mənbəyə istinadən Çin həkimlərinin Pxenyana göndərilməsi barədə məlumatı təsdiqləyib, nümayəndə heyətinə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq münasibətlər şöbəsindən yüksək vəzifəli bir şəxsin rəhbərlik etdiyi vurğulanıb. Uğursuz əməliyyat barədə heç bir məlumat verilməyib.
Elə həmin gün Pekinə sadiq Honq-Konq mərkəzli HKSTV peyk televiziya kanalının vitse-prezidenti 36 yaşlı Şimali Koreya liderinin öldüyünü elan edib. Bu məlumat dərhal bir çox dünya mediası tərəfindən paylaşılıb.
Bazar günü səhər KXDR dövlət radiosu Kim Çen Inın “aktiv fəaliyyətlə” məşğul olduğunu, xüsusən də keçən ilin sonunda inşası tamamlanan yeni şəhərin – Samjiyeonun inşaatçılarına minnətdarlıq bildirdiyini xəbər verib. Düzdür, məlumatda rəhbərin işçilərlə danışıb-danışmadığı və ya minnətdarlığının onlara onun adından ötürüldüyü bildirilməyib.
“Faktlardan əldə etdiyimiz hər şey Kim Çen Inın Günəş Günü münasibətilə təntənəli tədbirlərdə olmamasıdır. Üstündə tabut olan kortejin tablosuna baxana qədər, şübhəsiz, heç nə deyə bilmərik və şübhəli nüfuza sahib anonim adlara və mənbələrə güvənməyə dəyməz”, – deyə Uzaq Şərq Araşdırmaları İnstitutunun Koreyaşünaslıq Mərkəzinin aparıcı elmi işçisi, tarix elmləri namizədi Konstantin Asmolov “Kommersant”a bildirib. Onun sözlərinə görə, Şimali Koreyadakı vəziyyət indi mürəkkəbdir: koronavirusla bağlı ilk xəbərlər ortaya çıxandan ölkə iqtisadiyyatda ciddi çətinliklər yaranıb.
“Kim Çen In ölməsə və vegetativ vəziyyətdə qalsa, rejim üçün daha ağrılı olar, çünki bu vəziyyətdə səlahiyyətlilərlə nə etmək lazım olduğu aydın deyil”, – deyə ekspert izah edib.
Asmolovun sözlərinə görə, liderin ölümü vəziyyətində xarici dövlətlər vəziyyətdən yararlanmağa başlayacaq. “Mən daha çox Vaşinqtondan deyil, Seuldan hərəkət gözləyərdim. Çünki Cənubi Koreya baxımından Şimali Koreya rejimi ölkənin beş bölgəsini müvəqqəti ələ keçirən quldurlardır. Müqayisə kobuddur, amma Seul Pxenyana Kiyevin “DXR” və “LXR”-yə baxdığı kimi baxır”.
Mümkün varislərə gəldikdə, Şimali Koreyanın ən çox güman edilən növbəti lideri, Konstantin Asmolovun fikrincə, Kim Çen Inın bacısı Kim Yo-Çjendir. “O, artıq aprel ayında Koreyanın İşçi Partiyası (KİP) Siyasi Bürosunun üzvlüyünə namizəd olub. Bundan əlavə, Kim Yo-Çjen KİP MK-nın təşviqat və təbliğat rəhbərinin birinci müavini vəzifəsini tutur və dünyada KXDR-in müsbət imicinin qorunmasına görə məsuliyyət daşıyır. Bundan əlavə, artıq Koreyalararası və ABŞ-Şimali Koreya münasibətlərinə dair sərt açıqlamalar verib. Qız ağıllı və döyüşkəndir”.
Üstəlik, Kim Yonin cinsi də problemə çevrilməyəcək. Asmolovun sözlərinə görə, Kim Çen Suk, – Kim Ir Senin arvadı və Keç Çen Inın anası Şimali Koreya ideologiyasında mühüm yer tutur. “Liderliyə namizədlər arasında Kimin böyük qardaşı Kim Çen Çxolun da adını çəkmək olar. Qardaşı artilleriya-kəşfiyyat məktəbində oxuyarkən partiya xəttində karyera quran Kim Çen Çxol varis hesab olunurdu. Sonra bu həvəskar gitaraçının siyasətdən imtina etdiyi və musiqiyə meylləndiyi haqqında şayiələr peyda olub. Ancaq gənc oftalmoloqun peşəsini atıb siyasətə baş vurması kimi də hadisələri xatırlayırıq”. Asmolov avtomobil qəzasında ata-Hafizin varisi hesab edilən böyük qardaşı Basilin ölümündən sonra Suriya prezidenti olmuş Bəşər Əsədə eyham vurub.
“Kim Çen İrin kiçik qardaşı var – Kim Pyon İr. Lakin o, ögeyder, Çexiya və Polşada səfir idi, indi Pxenyana qayıdıb. Buna görə də, ehtiyat variant kimi qəbul edilə bilər”.
Kim Çen Inın taleyi ilə bağlı etibarlı məlumat yoxdur. 2014-cü ildə ay yarım yoxa çıxmışdı, əməliyyat sonrası peyda oldu. Qısa zamanda ictimaiyyətə göründü: əvvəlcə əsayla gəzirdi, axsayaraq, amma sonra sağaldı. Bəlkə də bu dəfə belə olacaq.
Tərcümə: Strateq.az