"Biz də koronavirusa görə kütləvi maska taxırıq, amma saxta qəhrəmanların maskalarını çıxarda bilmirik ki..."
Ermənistanın Baş naziri növbəti dəfə Azərbaycan Respublikasının dövlət sərhəddini tapdayaraq işğal altındakı ərazilərimizə gəlib.
Moderator.az xəbər verir ki, işğalçı ölkə lideri Qarabağdakı separatçı-terrorçu erməni rejiminin hazırkı başçısı Bako Saakyan və yeni seçilmiş qondarma “prezident” Araik Arutyunyanın müşayiəti ilə işğalçı hərbi hissələrə və Azərbaycan ordusu ilə təmas xəttindəki düşmən mövqelərinə baş çəkib. Paşinyan eyni zamanda ərazilərimizdə sülənən ermənilərin təsərrüfat işləriylə də tanış olub.
Torpaqlarımızı arın-arxayın gəzən Paşinyanın yanında arvadı Anna Akopyan da olub...
P.S. Biz də kütləvi şəkildə koronavirusa görə maska taxırıq, amma ermənilərin torpaqlarımızda at oynatmasına şərait yaratmış saxta qəhrəmanların maskalarını çıxarda bilmirik ki, başımıza çarə qılaq...
Sultan Laçın