POMPEONUN 8 SAATLIQ SİRLİ İSRAİL SƏFƏRİ:ABŞ dövlət katibini "karantin şərtləri"ni pozmağa nə vadar edib?

17-05-2020, 09:05   

Rafael Sadi – Təl-Əviv

“Odatv4.com”, Türkiyə, 15 may 2020-ci il

 

Çərşənbə günü ABŞ Dövlət katibi Mayk Pompeo  ağzında Amerika bayrağı olan bir maska ilə Təl-Əvivdə yerləşən “Ben-Guroin” hava limanına endi.

Mətbuatdan izlədiyimiz qədərilə, Pompeonun gəliş səbəbi Qərb sahilinin (İordan çayının Qərb sahili – hal-hazırda İsrail dövlətinin nəzarətində olan inzibati ərazi. Fələstin muxtariyyatının qərb hissəsi – tərc.) İsrail torpaqlarına ilhaqı barədə müzakirələr aparmaq idi.

Keçmiş kəşfiyyatçılar və mövzu üstündə baş yoranlar məsələ barədə bu sualları verirlər: “Dünya Korona müharibəsi içindəykən və hal-hazırda heç bir dövlət başçısı və siyasətçinin havada dolaşmadığı bu günlərdə Mayk Pompeonu 8 saatlıq İsrailə gəlməyə nə vadar edib? Onsuz da Qərb sahili eynilə Holan təpələri kimi, 1967-ci ildən bəri İsrail ərazisi hesab olunmurmu? Bəziləri bu reallıqlara aqressiv yanaşır, amma həqiqətdə bu vəziyyət artıq 53 ildir mövcuddur. Məsələ bu, deyil, məsələ odur ki, Pompeo bu qədər yolu nə demək üçün gəlib?”

Stol üzərində nələr var idi?

Yaxşı, Pompeo İsrail ilə nə danışdı?

1. İranla bağlı nələr edilə bilər?

2. Fələstinlilərlə necə anlaşmaq olar?

3. İlhaq necə ediləcək?

4. Çinlilərdən uzaq durun.

Əmin ola bilərsiniz ki, bu mövzu başlıqlarından ən azı ilhaq məsələsi danışılıb. İlhaqın olacağı yüz illik anlaşma çərçivəsində artıq aydınlaşdırılıb. Onsuz da  İsraildə hökumətin qurulacağı anda bu məsələnin reallaşdırılacağı qərarı çoxdan verilmişdi.

Yaxşı, elə isə illər öncə qərar verilib, razılığa gəlinmiş bir məsələyə görə Pompeonun belə pandemiyalı çətin günlərdə durub İsrailə gəlməsi hansı məcburiyyətdən doğub? Telefonla, məktubla, yaxud da görüntülü danışmaqla həll edilə bilməyəcək qədər ciddi olan məsələ nədir?

Bir-bir mövzuları araşdıraq:

İran məsələsi;

Olduqca düşündürən bir mövzu başlığıdır. “Görəsən, İrana qrşı bir əməliyyat planlaşdırılır?” – deyə düşünənlər də az deyil. Mənim rəyim isə bir qədər fərqlidir.  Məncə, bu məsələdə bir anlaşma nöqtəsi yaradılmağa çalışılır. Onsuz da heç kimin müharibə aparacaq gücü qalmayıb.

Fələstin məsələsi;

Bu məsələ, əlbəttə, önəmlidir, amma 100 ildir ki, öz həllini tapa bilməyib və qarşı tərəfdə, hökumət də daxil olmaqla, heç kim əməkdaşığa müsbət yanaşmır. Hətta 2017-ci ildən bəri amerikalılarla iplər qoparılıb. 100 ilin “Sülh planı” da heç bir tərəfə təsir göstərməyib.

Ziyarətin əsas səbəbi: ÇİN-İSRAİL ƏLAQƏLƏRİ

Ən çox diqqət çəkən başlıq da məhz budur. “Çin Xalq Respublikasının təsir dairəsinə girirsiniz, diqqətli olun!” mesajı verildi. Görünən odur ki, İsrail texnologiya şirkətlərinin Çin şirkətləri ilə isti səmimiyyəti amerikalı dostlarımızı bərk narahat edib. Xüsusilə də İsrailin təməl layihələrini Çin şirkətlərinin alması həyəcan siqnalı yaradıb. “Hayfa Liman yolu” layihəsi, metro xətləri və digər inşaat layihələri Çin firmaları tərəfindən alınıb. Ən önəmlisi, İsrailin süd məhsulları müəssisələrinə sahib “Tnuva” şirkəti çinlilərə satılıb.

Deyəsən, Pompeo və komandası bütün araşdırmaları edib, daha sonra da ən böyük müttəfiqinə bu barədə ciddi xəbərdarlıq etmək üçün uzun yol gəlib.

Ancaq bu da mənə bəs eləmir. Bunlar sadəcə qaralamada həkk olunanlardır. Yaxında hər şeyi biləcəyik. Bir tərəfdən də düşünürəm ki, məsələ ABŞ-da yaxınlaşan prezident seçkiləridir. Xeyirlisi…

Bu arada İordaniyadan son anda bir açıqlama gəlib –  İordaniya kralı bir açıqlamasında “İlhaq İsrail ilə müharibəyə səbəb ola bilər” şəklində ifadə işlədib…

Tərcümə Strateq.az-ındır

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar