Çarx Tv əməkdaşının həbsindən apelyasiya şikayəti veriləcək

1-06-2020, 09:55   
  

Yeni fəaliyyətə başlayan və fərqli süjetlərlə izləyicilərin qarşısına çıxan “Çarx” TV internet kanalına qarşı artıq təzyiqlər başlayıb. Bu basqının siftəsi “Çarx” TV-nin əməkdaşı İsmayıl İslamoğlunun Şirvanda saxlanaraq ona 15 sutka həbs verilməsi oldu.İ.İslamoğlunun üzünə duran Vahid Əliyev adlı Şirvan sakini jurnalistin guya onu təhqir etdiyini bildirib. İ.İslamoğlu isə belə bir şəxsi tanımır. Buna baxmayaraq, Şirvan Şəhər Məhkəməsinin hakimi Elçin Qurbanov jurnalisti 15 sutkalıq inzibati həbsə göndərib. Bununla da Şirvanda karantin dövründə üç jurnalist tutulub. “Çarx” TV kollektivi Şirvan şəhər polis rəisinin hərəkətləri ilə bağlı Daxili İşlər naziri Vilayət Eyvazova müraciət etmişdi. Bildirilmişdi ki, Şirvanın polis rəisi ölkə adına xələl gətirir. Polis rəisi İ.İslamoğlunu sosial şəbəkədə "Bizim Şirvan" səhifəsində Şirvan polisi əleyhinə yazılar yerləşdirməkdə günahlandırmışdı. Halbuki, səhifəni başqa şəxslər idarə edir. Artıq jurnalistin həbsi ilə bağlı məhkəmə qərarından apelyasiya şikayəti veriləcək.Qeyd edəkki, prezident ölkədə internet mediasının azad olduğunu bəyan edib. Amma ilk gündən Çarx Tv əməkdaşına təzyiqlər göstərilir. Çarx Tv milli maraqlara söykənən media layihəsidir və hər zaman Azərbaycanın dövlət siyasətinə uyğun fəaliyyət göstərməyi qarşısına məqsəd qoyub. Bu siyasətə qarşı gedən məmurlar barəsində materialları ictimailəşdirmək isə elə dövlətə dəstəkdir. Prezident  icra başçılarının, məmurların həbsi haqda danışarkən də bildirmişdi ki, ictimai nəzarət güclənməlidir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar