Azərbaycan aviaşirkətinin təyyarələri ilə xaricə getmək üçün sərnişinlər onlarda koronavirusun olmadığına dair test nəticələrini təqdim etməlidirlər. Test uçuşdan 48 saat öncə olmalı və “mənfi” nəticə göstərməlidir. Daxili aviareyslərin sərnişinləri testdən keçməyəcəklər. Bakıda COVİD-19 üzrə testdən İnci laboratoriyası, “Referans” və “Memorial” klinikalarında keçmək olar. Testin qiyməti 100-130 manat ($60 - $77) arasında dəyişir. Bu klinikalar və laboratoriya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunub. Testdən yalnız təyyarələrin sərnişinləri deyil, həm də sağlamlığı barədə məlumat almaq istəyən digər ölkə sakinləri öz istəkləri ilə keçə bilər”, - Azərbaycan KİVməlumat verib.
Rusiyada bu testdən evdən çıxmadan həkimi dəvət edərək keçmək olar. Xidmətin qiyməti 2 min rubl və ya 49 manatdır. Həkim çağırmaq xidməti olmadan test 1250 rub olacaq.
Qazaxıstanda həmin testi 11500 təngə və ya 48 manata edirlər. İşsiz və yaşlı insanlara pulsuz xidmət göstərilir.
Gürcüstanda koronavirus testi 150 lari və ya 83 manata başa gəlir.
Turan Azərbaycanda koronavirus testinin qiymətinin yüksək olmasının səbəblərini araşdırıb. Belə ki, aztəminatlı vətəndaşlar səhhətini yoxlamaq üçün aylıq gəlirinini yarısını və ya üçdə birini verə bilməyəcəklər.
Qeyd olunan klinikalar və laboratoriyalar öz İnternet saytlarında personalla əlaqə yaratmaq üçün telefon nömrələrini bildirirlər. Lakin yalnız “Memorial” klinikasının telefonu cavab verib. Klinikanın direktoru Mahir Ramazanov Turan-ın suallarını ətraflı cavablandırıb.
Öncə o dəqiqləşdirib ki, onun klinikasında Covid-19 testinin qiyməti 118 manatdır. Həkim bilir ki, bu məbləğ Gürcüstan, Rusiya və Qazaxıstanda olduğundan yüksəkdir. Amma Türkiyədə Covid-19 testi 190 avrodur. Pandemiyanın ilk vaxtlarında bu klinika pulsuz xidmət göstərsə də, koronavirusu yoxlamaq üçün müraciət edənlərin sayı artdıqca və müvafiq olaraq “Memorial”da xərclərin artması ilə ödənişli xidmətə keçmək məcburiyyətində qalıb.
Direktorun sözlərinə görə, bizim ölkədə xidmətin yüksək qiymətinin izahı belədir ki, Azərbaycanda xarici istehsallı kitlər (testlərin keçirilməsi üçün cihazlar) tətbiq edilir. Rusiyada bu kitlər yerində istehsal olunur. Digər ölkələrdə hökumətlər kitlərin alınması üçün xərcləri klinikalara kompensasiya edirlər.
“Memorial”da xidmətin dəyərinin əsas hissəsi kit ödənişinə üzərinə düşür, nümunənin götürülməsi və analiz üzrə əmək “Memorial”da 15-20 manata başa gələ bilər”, - direktor deyib.
Bununla yanaşı, son məbləğə tibbi xidmətlərə görə əlavə dəyər vergisini və idxal olunan mala görə gömrük vergisini əlavə etmək lazımdır. Bəzi ölkələrdən fərqli olaraq Azərbaycanda idxal olunan tibbi mallara gömrük yığımına cəlb edilir.
“Hər kəs bilmir ki, klinikalar və laboratoriyalar üçün müsbət nəticəli testlər (yəni, xəstənin yoluxduğunu təsdiqləyən) mənfi nəticədən 2-3 dəfə baha başa gəlir. Bunun səbəbi odur ki, müsbət nəticə əldə edən laboratoriya işçiləri əldə edilmiş nəticənin düzgünlüyünə əmin olmaq üçün ikinci, bəzən isə üçüncü analizi aparmaq məcburiyyətində qalır. Müvafiq olaraq, 2-3 dəfə daha çox bahalı reagent sərf olunur.
Biz Azərbaycanda istifadə olunan testlərin keyfiyyətinin aşağı olması ilə əlaqədar həkimlərin və pasiyentlərin şikayətlərinin səbəbləri barədə soruşduq. Mahir Ramazanov bildirib ki, Azərbaycanda istifadə olunan bütün kitlər keyfiyyətlidir, dövlət təşkilatının- istehsalçı ölkənin (Rusiyada bu Rospotrebnadzor) sertifikatlarına malikdir.
Keyfiyyətsiz analizlərin səbəbi tibbi personal tərəfindən materialın düzgün alınmamasıdır. Elə olur ki, personal pasiyentin burun boşluğunun tövsiyə olunmuş dərinliyindən və ağzından yaxma götürmür, halbuki, test qaydalarına görə, yaxma burundan və ağızdan götürülməlidir, təlimatlarda nümunənin götürülmə yeri və dərinliyi göstərilir.
Səhvlərin ikinci səbəbi test müddətidir. Koronavirusun orqanizmə düşməsindən sonra testin virusun mövcudluğunu dəqiq aşkar etdiyi günlər məlumdur. Müəyyən müddətdən öncə götürülmüş test virusun mövcudluğunu göstərməyəcək. Buna görə də elə olur ki, yoluxmanın erkən vaxtlarında test verib mənfi nəticə əldə edən xəstələr uzun müddətdən sonra ağ ciyərlərinin vəziyyətinin müayinəsinə gəlirlər və məlum olur ki, “sağlam” adamlarda ağciyərlər koronavirus tərəfindən dağılıb, - “Memorial” klinikasının direktoru Mahir Ramazanov açıqlama verib.
Niyə Azərbaycanda koronavirus gündən-günə daha çox insana yoluxur, hökumət isə pandemiyaya qarşı mübarizədə gücsüzdür? Koronavirus COVİD-19-un dünyada sürətlə yayıldığı bir şəraitdə onu aradan qaldırmaq üçün bütün ölkələr Çindən nümunə götürməlidirlər, - Honkonqun South China Morning Post qəzeti belə hesab edir.
“Çin dünya ölkələri hökumətlərinə bir mühüm dərs verdi: ödəməyə hazır olun ki, pasiyentlərin xərcləri onları testlərdən və müalicədən çəkindirməsin”, - nəşr yazır. Qəzetin məlumatına görə, Çində koronavirusun aşkarlanması üçün test 370 yuana ($53 dollar) yaxındır. ətrafındadır.
Türkiyənin ERYİĞİT əczaçılıq şirkəti COVİD-19 koronavirus üçün testlər hazırlayıb, bir saat yarım ərzində 99% nəticə verir.
Böyük partiya, məsələn, 1 mln. ədəd test əldə etdikdə bir testin qiyməti 8 dollar və ya 13,6 manat təşkil edəcək. Hər 50 min test üçün bir PZR (polimeraz zəncirvari reaksiya) diaqnostik aparatı pulsuz verilir.
Turan-ın məlumatına görə, ERYİĞİT Azərbaycanda öz xidmətlərini təklif edib, lakin təşəbbüsün yüksək kabinetlərdə qarşısı alınıb.
Bakı/23.06.20/Turan: