“Gürcüstan, Avropa Birliyi tərəfindən sərhədlərini aça biləcək kifayət qədər etibarlı bir ölkə hesab etdiyi 15 qeyri-üzv ölkə siyahısına daxil edilib. Gürcüstan bu şansı əldə edən yeganə keçmiş Sovet ölkəsidir”.24News.ge xəbər verir ki, bu barədə BBC hazırladığı məqalədə qeyd edib.
BBC-nin hazırladığı məqalədə virusun ölkədə yayılmasının qarşısının alınmasında “Üç muşketyor” adı ilə önəmli üç şəxsdən bəhs olunub.
“Üç muşketyor” olaraq, BBC Amiran Qamqrelidze, Paata İmnadze və Tengiz Tsertsvadzeni nəzərdə tutub.
Sözügedən məqalədə, Gürcüstanda koronavirusa ilk yoluxmanın 26 fevralda qeydə alındığı, bundan sonra kökumətin vaxtında müdaxilə etdiyi və martın ortalarından artıq ölkədə məktəblərin, universitetlərin, bir çox iş yerlərinin və ictimai nəqliyyatın dayandırıldığı, həmçinin 21 martda fövqəladə hal elan olunduqdan sonra insanların bir yerə yığılması, şəhərlərarası hərəkətin qadağan edilməsi və komendant saatının qüvvəyə minməsindən bəhs edib.
Məqalədə həmçinin sözügedən üç önəmli alimin verdikləri əhəmiyyətli qərarlara görə, Gürcüstanda böyük nüfuza sahib olduqları da qeyd olunur.