Rusiyalı politoloq, ərəbşünas, "Sivilizasiyalar dialoqu" institutunun elmi araşdırmalar rəhbəri Aleksey Malaşenko hesab edir ki, Qarabağ münaqişəsi heç vaxt həllini tapmayacaq, əbədi münaqişə kimi qalacaq. Çünki bu münaqişə həll edilsəydi o zaman Rusiyanın Ermənistana və Azərbaycana heç bir təsir imkanı qalmazdı, regionda rolu zəifləyərdi.
Virtualaz.org xəbər verir ki, Malaşenko bu haqda “Exo Moskva” radiosunun “Xüsusi mövqe” proqramında Azərbaycan-Ermənistan sərhədində iyul ayında baş vermiş toqquşmaları şərh edərkən danışıb.
Aparıcı İrina Vorobyova soruşub:
-Biz hamımız Azərbaycanla Ermənistan arasında növbəti kəskinləşməni müşahidə etdik. Və indi artıq, səhv etmirəmsə, hər şey sakitləşib. Lakin siz müsahibələrinizdən birində demisiniz ki, bu münaqişə əbədi davam edəcək. Nəyə görə belədir?
A.Malaşenko:-Mən öz sözlərimdən imtina etmirəm. Bu, əbədi münaqişədir.
İ.Vorobyova:-Axı nəyə görə?
A.Malaşenko:-Çünki bu münaqişədən heç yana qaçmaq mümkün deyil. Ona görə ki, hansı həll yolları ola bilər. Üç həll. Qarabağ-müstəqil dövlətdir. Heç kim bununla razılaşmayacaq. Qarabağ-Ermənistanın tərkib hissəsidir, Ermənistan özü də buna razılaşmayacaq. Qarabağ-Azərbaycanın tərkib hissəsidir, Ermənistan yenə razılaşmayacaq. Sizin hansısa başqa variantlarınız var? Yoxdur.
Malaşenko hesab edir ki, Qarabağ Ermənistan üçün qulpsuz çemodan kimidir. Hansı ki, daşımaq çox narahatdır. Üstəlik Qarabağ siyasi istebleşmenti Ermənistana böyük təsirlərə malikdir.
“Və biz bunu çox yaxşı izlədiik ki, Qarabağdan çıxanlar ümumən erməni siyasətində necə dominatlıq edirlər. Bu isə heç kimə lazım deyil. Və sonra, bağışlayın məni, bu dünyanın qalan hissəsində necə qəbul ediləcək? İlhaq? Bu işə yaramır. Ona görə də münaqişə həmişə olacaq və hesab edirəm ki, nəsillər buna vərdiş edəcək”,-jurnalist deyib.
Aparıcı regional oyunçuların, o cümlədən Türkiyə və Rusiyanın münaqişədəki rolu haqda soruşub. Malaşenko qeyd edib ki, Türkiyə Azərbaycanı dəstəkləyəcək. Bu, birgə manevrlər və s. formada baş verəcək.
“Bəs sonra nə olsun? Qarabağı geri alacaqlar? Rusiya isə-təsəvvür edin ki, bu münaqişə yoxdur. Sadəcə olaraq yoxdur. O baş verməyib. Və o zaman Rusiyanın orada rolu nədən ibarət olacaq? İndi isə Rusiya əbədi vasitəçidir. Uşaqlar, lazım deyil, dinc dayanın, lazım deyil. Və gəlin biz bu silahları sizə verək. Bu bizim iştirakımızdır. Harada münaqişə var-biz oradayıq. Və ümumiyyətlə, biz orada nələrisə yoluna qoyuruq. Və biz də gözəl başa düşürük, hamı da bunu başa düşür ki, Rusiya orada barışdırmır. Biz münaqişəni necəsə olsa yoluna qoya, dayandıra bilmərik. Ona görə də kədərlidir ki, insanlar həlak olur və həlak olacaq. Və qarşılıqlı nifrət hökm sürəcək”,-A.Malaşenko deyib.
Virtualaz.org