Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Vilayəti Xorasan", yoxsa Zelenski? - Putin üç gündür baş sındırır, Moskva terrorunu Kiyevə calayır...

25-03-2024, 11:05   









Moskva terrorundan üç gün keçir. Bu terakt haqda hələ də rəsmi versiya yoxdur. Yalnız onu görmək olar ki, Rusiya hər vəchlə 137 nəfərin terror edilməsini Ukraynanın üzərinə qoymağa çalışır. "Crocus”da baş verən terror aktından sonra ABŞ bəhanələrlə İŞİD terror qruplaşmasının adını çəkərək özünü və yaratdıqları Ukrayna Prezidenti Vladimir Zelenski rejimini ört-basdır etməyə çalışır".
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın köşə yazısında belə deyilir. Yəni Rusiya İŞİD versiyasını istisna edir, Kiyevi ittiham etmək üçün bütün vasitələrə əl atır. Zelenskinin sözlərinə görə, Rusiya bilmir ki, bu terroru necə Ukraynanın üzərinə qoysun. Amma zaman keçdikcə bu terrorda daxildəki qüvvələrin əlinin olduğuna dair iddialar da güclənməkdədir. Xüsusən də saxlanmış terrorçunun birinin həmin an dizi üstə ifadəsinin alınması, onun bunu pula görə etdiyini deməsi, bank kartını meşədə itirdiyini söyləməsi gülünc görünürdü. Üstəlik, dil-dodağı titrəyirdi. Bir cani necə belə qorxa bilərdi? Üstəlik, təhlükəsizlik çox aşağı səviyyədə olub və terrorçular içəri rahat daxil olublar. Bu da daxildəki güclərin buna dəstək verdiyi ehtimalını artırır. Ancaq Kreml Kiyevdən başqa günahkar görmür. O deməkdir ki, Rusiya xüsusi hərbi əməliyyatı müharibəyə çevirə bilər. Bu da daxildə komendant saatı elan olunması, məhdudlaşdırıcı qərarlar verilməsi ilə nəticələnəcək. Putin rejimi təmərküzləşməni gücləndirə bilər. Bəs cavab nə olacaq? Rusiya müharibə elan etsə, Ukrayna şəhərləri ağır şəkildə bombalana bilər.
Zaxarova qeyd edib ki, bir neçə faktor birbaşa və dolayısı ilə ABŞ-ın hazırkı hakimiyyət orqanlarının Ukrayna terrorizminin sponsorluğunda iştirakını göstərir. Halbuki düşmən gördükləri ABŞ kəşfiyyatı Rusiyaya öncədən məlumat vermişdi. Lakin maraqlıdır ki, terror hadisəsindən bir neçə gün əvvəl Vladimir Putin Qərbin bu xəbərdarlığını “şantaj, cəmiyyətin qorxudulması və destabilizasiya edilməsinə cəhd” adlandırmışdı.
Göründüyü kimi, ABŞ öz beynəlxalq öhdəliyini yerinə yetirib və dəqiqliklə xəbərdarlıq edib ki, kütləvi tədbirlərə getməyin. Ancaq Putinin buna reaksiyası düşmənçilik və hikkə ritorikasından uzağa getmədi. Nəticə necə oldu? Nə qədər günahsız insan kiminsə təkəbbürünün qurbanına çevrildi. Putin öz məsuliyyətini anlayırmı? Xeyr, anlamır. Çünki Rusiyada ondan hesab soracaq nə təşkilat, nə ictimai institut, nə müxalifət və ən başlıcası isə cəmiyyət yoxdur. Bütün bunların hamısı ortadan qaldırılıb.
ABŞ Moskvadakı terror aktının arxasında İŞİD-in Əfqanıstanda yerləşən “Vilayət Xorasan” adlı qolunun durduğunu bildirir. Yəni deyilir ki, onlar bunu öz üzərlərinə götürüblər. Səbəb kimi Rusiyanın Əfqanıstan, Çeçenistan və Suriyadakı müsəlmanların qanını axıtması göstərilir. Ancaq bu versiyanı Rusiya qəbul etməyəcək. Putinin xalqa müraciəti göstərdi ki, onlar bu hadisəni Ukraynaya calamaq niyyətindədirlər. Başqa şey gözləmək də sadəlövhlük olardı. Bundan sonra Rusiya təbliğat maşını terrorçuların Ukraynadan idarə edildiyni “sübuta yetirmək” üçün hər şey uyduracaqlar.
Bu mövzuda azpolitika.info yazır ki, Artıq Kreml rəhbərinin çıxışı hər şeyin hansı ssenari üzrə gedəcəyini göstərir. Amma hamını maraqlandıran məsələ arxa planda nələrin yaşanacağıdır. Hansı ehtimallar üzərində durmaq olar?
Birincisi, geniş səfərbərlik dalğasına start veriləcək. Əslində, səfərbərlik dedikdə, təkcə əsgər toplanmasını nəzərdə tutmamalıyıq. Bundan sonra bütün ölkə hərbi dövrün qaydaları əsasında idarə ediləcək. Rusiyanın iqtisadi resurlarından tutmuş, cəmiyyət həyatının hər bir sektoru müharibənin ehtiyacları üçün çalışdırılacaq, vergilər artırılacaq və sair. Əhalinin sosial vəziyyəti pisləşsə də, maliyyə imkanlarının böyük əksəriyyəti hərbi xərclərə yönəldiləcək. Sözsüz ki, belə olan təqdirdə adamları sorğu-sualsız tutub orduya aparacaqlar. Digər yandan, elita içərisindəki narazılar da susdurulacaq, neytrallaşdırılacaq.
Peskov biz “de-fakto müharibədəyik” deməklə ilk dəfə müharibə kəliməsini dilə gətirmişdi.

Rusiyanın real vəziyyətinin necə olduğunu Putin və dəstəsi yaxşı bilir. Onlar Ukraynaya çox asanlıqla qalib gələcəklərini zənn edirdilər və bütün planlarını da məhz bunun üzərində qurmuşdular. İndi görürlər ki, arzuladıqları alınmır. Vladimir Putin bu müharibədə qalib gəlmək naminə nəinki Rusiyanın bütün imkan və resurslarını, hətta bu ölkənin taleyini də qurban verməyə hazırlaşır. Çünki o, bu müharibəni öz müqəddəratı ilə eyniləşdirir. Necə ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin demişdi: ”Putin varsa, Rusiya var, Putin yoxdursa, Rusiya da yoxdur!”




Azər Talıbov 
Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar