Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Blinken Türkiyədən və digərlərindən İranı gərginlikdən yayınmağa çağırmağı xahiş edib

12-04-2024, 12:44   


Blinken Türkiyədən və digərlərindən İranı gərginlikdən yayınmağa çağırmağı xahiş edib





Aprelin 11-də ABŞ-ın baş diplomatı Türkiyə və digər region ölkələrinə müraciət edərək, İranı Yaxın Şərqdə gərginliyi artırmaqda davam etməməyə çağırmağı xahiş edib.

Dövlət katibi Entoni Blinken son 24 saat ərzində Türkiyənin XİN başçısı Hakan Fidan, Çinin XİN başçısı Van İ və digərləri ilə bir sıra telefon söhbətləri aparıb, bu barədə jurnalistlərə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller bildirib. 

Vaşinqton, xüsusən İranın son günlərdə səsləndirdiyi təhdidlərlə əlaqədar vəziyyətin yumşaldılması və gərginliyin qarşısının alınması üzərində işləyir. Söhbətlər zamanı Blinken açıq şəkildə bildirib ki, gərginliyin artması heç kimin maraqlarına uyğun deyil və ölkələr İranı gərginliyi artırmağa son qoymağa çağırmalıdırlar.

"Bizim Avropa ölkələri və digər dünya ölkələri ilə diplomatik əlaqələrimiz olub və biz hamıya vahid mesaj göndərmək istəyirik", deyə Miller bildirib.

Blinken və Fidanın Ukrayna və Qafqazı müzakirə etmək imkanı olub? Turan-ın müxbirinin bu sualına cavabda Miller deyib ki, zəngin əsas məqsədi İranın İsrailin ünvanına təhdidlərini müzakirə etmək idi. "Digər məsələlər də müzakirə olunub, lakin mən təfərrüatlara varmaq istəmirəm".

Miller həmçinin İran lideri Əli Xameneyinin İsrailə dost islam hökumətlərinin ünvanına son bəyanatlarına və onları "satqınlıqda" ittiham etməsinə də münasibət bildirib: "Aydındır ki, onun şərhləri təkcə Birləşmiş Ştatlar deyil, digər region ölkələri tərəfindən də rədd olunacaq", deyə o, Turan-ın müxbirinin sualına cavabda bildirib.


Aleks Raufoğlu

Vaşinqton müxbiri

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar