Rusiya xüsusi xidmət orqanları Donetsk və Luqanskdakı seçkilərdə terror aktı keçirməyi planlaşdırırlar.
Axar.az “unian.net”ə istinadən xəbər verir ki, bu açıqlama ilə Ukraynanın Müdafiə nazirinin eks-məsləhətçisi Valeri Qeleteya öz Feysbuk səhifəsində çıxış edib.
O, partlayışların əsasən əsasən seçki məntəqələrində planlaşdırıldığını deyib.