Onlardan biri mer olacaq - FOTO

6-11-2014, 22:15   

“Nargis” Nəşriyyat Evinin təşkilatçılığı ilə tezliklə Fəvvarələr Meydanında “Soyuq Əllər, İsti Ürək” adlı Yeni İl Xeyriyyə Yarmarkası keçiriləcək.

BiG.Az saytı axsam.az saytına istinadən bildirirki, bu haqda yarmarkanın rəsmi “Facebook” səhifəsində yazılıb. Həmin günlər ərzində şəhər sakinləri bayram ab-havasından həzz alaraq, yarmarkanın məşhur qonaqları ilə ünsiyyətdə olmaq imkanı qazanacaq, suvenirlər, şirniyyatlar və digər hədiyyələr əldə edə biləcək, əsl qış möcüzəsini hiss edəcəklər. Sürprizlərlə dolu yarmarkada həm uşaqları, həm də böyükləri müxtəlif əyləncələr gözləyir.

Hər gün yeni il hitlərinin sədaları altında “Nargis” Nəşriyyat Evinin heyətinin, yarmarkanın daimi dostlarının və tərəfdaşlarının təqdim etdiyi əyləncələrlə qarşılaşacaqsınız.

Yarmarka ənənəvi olaraq, xeyriyyə məqsədi daşıyır. Bu il əldə olunan bütün gəlir Bakının Buzovna qəsəbəsində yerləşən 9 saylı “Qocalar Evi”nə bağışlanacaq.

“Soyuq Əllər, İsti Ürək” şənliyini daha rəngarəng və maraqlı etmək üçün “NARGIS” komandası hər il yarmarkanın siması olaraq, mer seçmək qərarına gəlib. Yarmarkanın meri – 1 ay müddətində insanları xeyriyyə layihəsinə qoşulmağa səsləyəcək. Bəyəndiyiniz və layiq bildiyiniz namizədi dəstəkləmək üçün onun fotosunu “bəyənmək” kifayətdir. Seçimlər noyabrın 25-dək davam edəcək. Namizədlər arasında əməkdar artist Tünzalə Ağayeva, şoumen Murad Dadaşov, aktyor-rəssam




Bəhram Bağırzadə, müğənni Miri Yusif və Nigar Camal yer alıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.