Rəsmi Tokio ölkədə uşaqların sayının bütün Yaponiya tarixi ərzində rekord dərəcədə aşağı səviyyəyə endiyini, 65 yaşdan yuxarı olan yaşlı nəsil nümayəndələri sayının isə əksinə artdığını bildirib.
Hökümətin dəyərləndirmələrinə görə, Yaponiyada əhalinin yalnız 12.8%-i 15 yaşından cavandır, qocaların sayı isə 25% təşkil edir.
Yaponiyada əhalinin say artımı dünayada ən aşağı göstəricilərdən biri sayılır.
Rəsmi Tokio ölkə əhalisinin strukturunda cavan nəsillə yaşlı nəsil arasında indki nisbətin davam edəcəyi təqdirdə Yaponiyanın inkişafı üçün yaxın gələcəkdə təhlükənin yaranacağından ehtiyat edir.