Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakıda zeytun ağacları qətl edilib, nazirlik susur

Bu gün, 09:14   






Bakının "Memar Əcəmi" metrosunun yaxınlığında zeytun ağacları kəsilib. Anaxeber.info bildirir ki, sosial mediada bu haqda görüntülər yayılıb. Ərazi "Mcdonalds" restoranının arxasında yerləşir. Tikinti aparan şirkət yaşıllığı mühasirəyə alıb və oradakı ağacları məhv edib. Çəkiliş aparan şəxs izahat tələb etsə də, məsul şəxslərdən biri cavab verməkdən yayınıb və qapını bağlayıb ərazidən uzaqlaşıb. Lakin kadrlardan da aydın görünür ki, zeytun ağacları tikintiyə qurban verilib. Paytaxtın kənar ərazisi sayılmayan bir yerdə zeytun ağacları kəsilir və buna heç bir dövlət orqanı müdaxilə etmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi belə bir yerdə yaşıllığın qətl edilməsinə susur və tikinti aparan şirkət barəsində ölçü götürülmür. Görəsən, nazirlik bu ekoloji qətliamı niyə görməzdən gəlir? 

Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar