Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Putin Əliyevə niyə tək özü zəng etməmişdi?

17-03-2025, 09:30   






Ötən həftənin sonuna yaxın Rusiya lideri Putin azərbaycanlı həmkarı prezident Əliyevə zəng etdi. Lakin... O ilk dəfə idi ki, tək özü zəng etmirdi. Telefon zəngi Belarus və Tacikistan prezidentləri ilə birlikdə edilmişdi. Belə bir format heç zaman olmamışdı və kifayət qədər düşündürücü idi. Telefon söhbətində Azərbaycan Prezidenti 9 May paradına dəvət edildi. Hərçənd, bir gün qabaq Ermənistanın hökumət başçısı Paşinyan özü Kreml rəhbərinə zəng etmiş, son razılaşma haqda məlumat vermiş, ardınca da 9 May paradında iştirak edəcəyini təsdiqləmişdi. Oxşar zəng Əliyevdən Putinə gəlmədiyi üçün Rusiya prezidenti yanına elçiləri - Lukaşenko və Rəhmoni da (Belarus və Tacikistan liderləri) salaraq, Bakıya zəng etmək zərurəti özündə hiss etdi. Putin hesablayıb ki, bu zəng heç vaxt Bakıdan Moskvaya olmayacaq və Əliyev parada gəlməyə bilər. Ancaq özünün birbaşa zəng etməməsi ondan irəli gəlir ki, Putinin buna üzü olmayıb. Söhbət təyyarəmizin vurulmasından gedir. Rusiya hələ də Azərbaycanın əsas tələblərini yerinə yetirməyib - dövlətin zərər çəkənlərə təzminat verməsi və atəş açanların həbsi. Şübhəsiz ki, bu da rəsmi Bakıda ciddi narazılıq, eləcə də soyuqluq yaradıb. Bununla yanaşı, prezident üç həmkarının birgə zəngini geri çevirmədi və Moskvadakı paradda iştirak edəcəyini təsdiqlədi. Amma bütün hallarda, təyyarənin vurulması münasibətlərdə nəzərəçarpacaq dərəcədə soyuqluğa səbəb olub. Təbii ki, indi soruşula bilər, axı niyə Prezident Moskvaya getməyə razılıq verdi?! Amma gəlin nəzərə alaq ki, bu, uşaq oyunu deyil, yəni təklifdən imtina əlaqələri daha da gərginləşdirə bilərdi. Azərbaycan rəhbərliyi isə Putinin bu modeldə zəngini qiymətləndirməklə Rusiyanı öz qarşısında daha da dili qısa elədi. Moskvanın artıq Bakıya heç bir bəhanəsi ola bilməz. İndi bu jestə müsbət reaksiyanın Kremldən cavabı Bakının məlum tələblərini yerinə yetirməsi olmalıdır. Hər halda, Putinin "xəncərinin qaşı düşməz" və təyyarə hadisəsi ilə bağlı rəsmi Bakı razı salınmalıdır.
Yeri gəlmişkən, mayın 9-da Moskvada Əliyevlə Paşinyan görüşü də istisna deyil. Üstəlik, sülh mətni ilə bağlı müzakirələr yekunlaşıbsa, indi daha aydın təsəvvürlər var və liderlər niyə də danışmasınlar?! Bu baxımdan, 9 May Bakı üçün önəmli bir tarix olacaq...



Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar