“Azevrotel” dövlət şirkəti telefon çəkilişi üzrə xidmətlərinin tariflərini 66 faiz azaldıb. Şirkətdən bildirilib ki, yeni tariflə telefon çəkilişi 30 manat təşkil edəcək. Telefon çəkilişi və internet xidmətinə qoşulma eyni vaxtda sənədləşdirildikdə internet xidmətinə qoşulma pulsuz olacaq.