Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Facebook-dakı şəkilindən qorxan qadın 50 kilo itirdi

5-05-2014, 11:30   
Facebook-dakı şəkilindən qorxan qadın 50 kilo itirdi
Bir çoxları Facebook sosial şəbəkəsini ziyanlı hesab edir, lakin 34 yaşlı Treysi Nikolson tamamilə əksini düşünür.
Məhz sosial şəbəkənin sayəsinə qadın 50 kilo itirə bilib.
2 uşaq anası olan Treysi doğuşdan sonra getdikcə kökəlməyə başladı. Həddindən artıq qızarmış kartof və şokolad yeyən qadının çəkisi 122 kiloya çatdı.
Günlərin birində Facebook-a dostları ilə əyləncədən olan şəklini qoyan qadın, bir qədər sonra öz köklüyündən və yerləşdirdiyi şəkilindən pərt olub. İnsanların onun haqqında nə düşünəcəyindən ehtiyat edən Treysi bu şəkildən sonra arıqlamağı qarşısına məqsəd kimi qoyub və arıqlama qruplarına yazılıb. Yemək menyusundan qızarmış kartofu isə tamamilə çıxardıb.
İndi Treysinin çəkisi 71 kilodur. Qadın bildirir ki, hazırda onun daha çox gücü yaranıb və uşaqları ilə rahat oynaya bilir. Ən əsası isə o, artıq sosial şəbəkədə şəkilini paylaşmaqdan çəkinmir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar