Ukrayna Müdafiə Nazirliyinin daxilində Ruysiyaya işləyən cəsusların olması barədə məlumatlar yayılıb.
Ukrayna Müdafiə nazirliyinin “Sokol” xüsusi təyinatlı bölüyünün rəhbəri Viktor Sokolov deyib.
V.Sokolov deyib ki, əməliyyatlara başlamazdan öncə kimlərsə bu haqda Rusiya tərəfinə məlumat ötürüb: "Nəticədə bizim bəzi planlarımız separatçılara məlum olub. Ordu daxilindən separatçılara sızan bu məlumat terrorçuların Slavyanskın bəzi yerlərində bizə pusqu qurması ilə nəticələnib.
Biz hazırda həmin şəsxlərin kimliyini müəyyən etmək üçün tədbirlər görməkdəyik, yaxın zamanlarda bu şəxslər müəyyən olunaraq, qanun qarşısında cavab verməli olacaqlar”.