Azərbaycan Dillər Universitetinə ağır itki üz verib.
ADU-nun Müasir Alman dili kafedrasının dosenti, tanınmış tərcüməçi-alim Çərkəz Qurbanlı vəfat edib. Bu barədə universitetin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova məlumat verib.
Çərkəz Qurbanlı Məhəmməd Əsəd Bəyin Azərbaycandakı araşdırıcılarından olub. O, Əsəd bəyin 6 əsərini, o cümlədən «Əli və Nino» romanını alman dilindən Azərbaycan dilinə çevirib. Çərkəz Qurbanlı Kafkanın əsərlərinin tərcüməsinə görə Avstriya hökumətinin mükafatını da alıb.
Qeyd edək ki, Çərkəz Qurbanlı bir vaxtlar mərhum, eks-prezident Heydər Əliyevin alman dili üzrə tərcüməçisi kimi də çalışıb.
Allah rəhmət eləsin! (musavat.com)