Toya hazırlaşan qohumlar arasında dava olub - FOTOLAR

11-01-2015, 15:38   

Tovuzun ucqar dağ kəndi Əhmədabadda toya hazırlaşan qohumlar arasında dava düşüb.

“Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, zərərçəkənlərin yaxınlarının sözlərinə görə, kənd sakini Etibar Qarayev bacısı oğlunun toyuna bir gün qalmış həyat yoldaşı Tahirə Qarayevanı və onun dayısı oğlu Siyavush Hummətovu möhkəm döyüb.

Ağır xəsarət alan Əhmədabad kənd sakinləri Tovuz Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin sözlərinə görə, müxtəlif xəsarətlər alan qohumlardan Siyavush Hummətovun vəziyyəti daha ağırdır.

Yaxın qohumların davasına nəyin səbəb olduğu hələlik məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.