Mətbuat azadlığı Aİ-Azərbaycan dialoqunda diqqət mərkəzindədir

2-05-2024, 15:17   



Avropa İttifaqı Azərbaycanın güclü tərəfdaşıdır və ifadə, mətbuat və informasiya azadlığı məsələləri bu münasibətlərin bir hissəsidir. Bu barədə cümə axşamı Aİ-nin Azərbaycandakı missiyasının rəhbəri Peter Mixalko mayın 3-də qeyd edilən Ümumdünya Mətbuat Günü ilə əlaqədar jurnalistlərlə görüşündə bildirib. 

Onun sözlərinə görə, ifadə və mətbuat azadlığı "demokratik standartların və sistemin əsas elementləridir" və Ümumdünya Mətbuat Azadlığı Günü ərəfəsində Aİ bunu xüsusi olaraq vurğulayır.

Mixalko təəssüflə qeyd edib ki, jurnalistika bütün düynada getdikcə daha təhlükəli peşəyə çevrilir.

Təkcə keçən il bütün dünyada 100 jurnalist öldürülüb və bu, son illərin ən yüksək göstəricisidir.

Bundan başqa, hazırda 300 jurnalist həbsdədir.

Turan-ın Aİ-nin mətbuat azadlığının təmin edilməsinə hansı töhfəni verə biləcəyi haqqında sualına cavabda o qeyd edib ki, bu məsələlər iki ölkə arasındakı diaqloda prioritet məsələlərdir.

"KİV azadlığı bizim prioritetlərimizdən biridir. Bu məsələ hər zaman gündəlikdədir və Azərbaycandakı vəziyyət narahatlıq doğurur və biz dialoqumuzda buna diqqət yetiririk", deyə Mixalko bildirib.

O, jurnalistlərin son həbslərini təəssüflə qeyd edib.

Mixalko həmçinin beynəlxalq təşkilatların media qanunu ilə bağlı tövsiyələrinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Turan İnformasiya Agentliyi

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.