Sumqayıtda antisanitar VƏZİYYƏT – FOTO

6-11-2024, 09:23   



Sumqayıtda antisanitar VƏZİYYƏT – Məişət tullantıları niyə vaxtında DAŞINMIR? - FOTO

Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisi Cəfər Cabbarlı küçəsində antisanitar vəziyyət yaranıb. Ərazidə yaşayan sakinlər məişət tullantılarının vaxtında daşınmamasından şikayətçidirlər.

Hurriyyet.Az bildirir ki, Bizim.Media-ya danışan sakinlər iddia edirlər ki, ərazidəki zibillərin günlərlə daşınmaması tez-tez baş verir.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Qurumdan Bizim.Media-ya bildridilər ki, maşınlarla bağlı tullantıların daşınmasında gecikmə olub:

“Məişət tullantıları hər gün daşınır və belə problem yarananda dərhal həll olunur. Yəni artıq problem aradan qaldırılıb, həmin ərazidəki tullantılar yığışdırılıb”.



Günay Şahmar

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar