Paşinyan Bakıya niyə gəlmədi? - Göydən üç alma və arzu düşdü...

12-11-2024, 09:17   






Ermənistan COP29 konfransında iştirak etmədi. Rəsmi İrəvan son günə qədər mövqeyini dəqiqləşdirmədi ki, Bakıya rəsmi nümayəndə heyəti gəlir, ya gəlmir. Əvvəlcə, belə informasiyalar tirajlandı ki, baş nazir Nikol Paşinyan Azərbaycana gələcək, hətta velosiped sürəcəyi haqda konspiroloji proqnozlar səsləndi. Ardınca Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan səviyyəsində təmsil olunacağı xəbərləri yayıldı. Eyni zamanda, spiker Alen Simonyan, o cümlədən nazir Ararat Mirzoyan son ana qədər jurnalistlərə bildirirdilər ki, İrəvan COP29-da iştirakla bağlı yekun qərar verməyib. Bununla nə təsdiq, nə təkzib edirdilər. Görünür ki, Vaşinqtondan hansısa təlimat gözlənilirdi, yaxud da 5 noyabr seçkilərində Trampın qələbəsi İrəvanın qanını qaraldıb. İndisə məlum olur ki, Mirzoyan noyabrın 11-də, yəni BMT konfransı başlayan günü İsveçə işgüzar səfər edib. Hər halda, bu turist səfəri deyil ki, ürəyin istəyən zaman səyahət edəsən. Deməli, əvvəldən proqram olub və Mirzoyan bu tarixdə İsveçə getməli imiş. Lakin nədənsə, Ermənistan hələ də COP29-da iştirakla bağlı hər hansı fikir bildirmir. Hərçənd, Azərbaycan rəsmi dəvət göndərib və təhlükəsizliyə yüksək səviyyədə təminat verilib. Amma fakt budur ki, Paşinyan komandası iqlim dəyişikliyi konfrasına gəlmədi. Buna qədərsə İrəvan rəsmiləri tez-tez COP-dək sülh sənədinin imzalanmasına tələsirdilər. ABŞ prezidenti Bayden də hər iki tərəfə məktubunda bu konfransa qədər sülh müqaviləsini imzalamağa çağırırdı. Amma Azərbaycanın şərtləri qəbul olunmadığı üçün sülh sazişi imzalana bilməz.
Beləliklə, rəsmi İrəvan COP-da iştiraka o halda ümid edirdi ki, yarımçıq bir sülh müqaviləsi imzalansın, ABŞ böyük nümayəndə heyəti Bakıya göndərsin, həmçinin, Vaşinqton İrəvana Azərbaycana getməklə bağlı tapşırıq versin. Bunların heç biri baş vermədi. Tam tərsinə, Trampın qələbəsi Paşinyanı möhkəm məyus edib və qarşıdakı 4 ildə ABŞ Ermənistanı indiki səviyyədə dəstəkləməyə bilər... 


Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar