Qazaxda icra başçısını tənqid edən bələdiyyə sədrinin müavini psixiatriya xəstəxanasına salınıb

15-11-2024, 09:18   



Məmur özbaşınılığının həddi-hüdudu yoxdu. İndi də tənqidə görə dəlixanaya salmağa başlayıblar.
SSRİ-də varıydı bu ənənə, amma xeyri olmadı, dağıldı şər səltənəti. Bərbad idarəçilik, böyük hərbi xərclər, neftdən asılı iqtisadiyyat o boyda topu-topxanası, hətta nüvə silahı olan böyük bir dövləti çökdürdü. 
Azərbaycan hakimiyyəti də o yolu gedir. 
"Qazax rayon Ağköynək-Qarapapaq kənd Bələdiyyəsinin sədr müavini Arzuman Xasməmmədli məcburi şəkildə psixiatriya xəstəxanasına yerləşdirilib.
Bu barədə Meydan TV-yə danışan həyat yoldaşı Zahidə Xasməmmədova hesab edir ki, onu Qazağın icra başçısı Rəcəb Babaşovu tənqid etdiyinə görə cəzalandırmaq üçün psixiatriya xəstəxanasına salıblar. 
Arzuman Xasməmmədli bir neçə gün əvvəl internet televiziyalarından birində icra başçısını tənqid edib. Hətta kənddəki problemləri, əhalinin narazılıqlarını dilə gətirdiyinə görə Rəcəb Babaşovun onu hədələdiyini də açıq şəkildə bildirib.
“Arzuman uzun illərdir bələdiyyə üzvüdür, insanlar ona etimad göstərir. Dörd ildir bələdiyyənin sədr müavinidir. Necə olur, indiyə qədər dəli deyildi, Rauf Babaşovu tənqid eləyəndən sonra dəli oldu? İllərdir o adama vəzifəni etibar eləyəndə niyə baxmırdılar ki, dəlidir, yoxsa yox? Ali təhsilli adamdır. Vaxtilə “Göyəzən” komandasında baş məşqçi olub. Teatrda işləyib. Kənd sovetinin sədri işləyib. Heydər Əliyev Mərkəzinin inzibatçısı olub. II qrup müharibə əlilidir. 90-cı illərin əvvəlində 25 nəfərdən ibarət batalyon yaradıb müharibəyə gedənlərdən olub. Məhz son müsahibəsində icra başçısını tənqid eləyəndən bir neçə gün sonra aparıb psixiatriya xəstəxanasına salırlarsa, deməli, səbəbkar da icra başçısıdır” deyə,  Zahidə Xasməmmədova bildirib".
"Meydan TV"
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar