"Veysəloğlu" içi qurdlu şokolad satır, müştəri PA-ya müraciət etdi

6-11-2024, 09:15   






Xaçmaz rayon sakini, üçüncü qrup Qarabağ əlili Yusif Əsədullayev Prezident Administrasiyasının onlayn müraciət edib. O, PA-ya zəng edərək Xaçmazın Sədi Qurban küçəsində yerləşən "OBA" marketdən şokolad aldığını bildirib. Şikayətçinin sözlərinə görə, evə gələndə həmin məhsulun köhnə olduğunu, içindən qurd çıxdığını görüb. Müştəri həmin vaxtı keçmiş və içi qurdlu şokoladı marketə qaytarıb, rəhbərlik vitrində olan məhsulun da köhnə olduğunu görüb. Y. Əsədullayev deyir ki, buna baxmayaraq, özləri bu fakta şahid olsalar da, köhnə məhsul vitrində ən yığışdırılmayıb, satışı davam etdirilir. Vətəndaş bu səbəbdən Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib, amma yenə də araşdırma aparılmayıb. Ona görə də PA-ya müraciət edib. Oradan isə qəbul şöbəsinin əməkdaşı bildirib ki, telefonla müraciət yetərli deyil, ya məktub göndərməli, ya teleqram vurmalıdır. Vətəndaş isə ritorik sual verib ki, onun müraciətinə cavab verilənə qədər "Oba" marketdən o şokoladları alan neçə müştəri zəhərlənə bilər. Qeyd edək ki, "OBA" marketlər şəbəkəsi "Veysəloğlu" şirkətlər qrupuna aiddir. Bu marketlərdən saysız-hesabsız şikayətlər olur və əsasən də məhsulların keyfiyyətsizliyi barədə narazılıq edilir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar