Zəfər Günü Ordubad rayonunda böyük coşqu ilə qeyd olundu

9-11-2024, 19:19   




8 noyabr 2024-cü il tarixində keçirilən konsertdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyəti iştirak ediblər. Mərasimin əvvəlində iştirakçılara tarixi Zəfər Gününün əhəmiyyəti barədə məlumat verilib. Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıqlardan və tarixi qələbədən bəhs edilib.
 
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycanın igid oğullarının fədakarlığı ilə əldə edilən zəfər nəticəsində müstəqilliyimizin əbədi olacağı vurğulanıb. Konsert proqramında tanınmış incəsənət xadimi, Azərbaycan Respublikasının Əməkdar artisti Nuriyyə Hüseynova, ifaçılar Çilənay Bədəlova, Samir İsmayılov, Əsmər Hüseynova,  eləcə də yerli musiqi kollektivləri tərəfindən vətənpərvər ruhda mahnılar və şeirlər səsləndirilib.
 
Çıxışlarda vətənə, xalqa və qəhrəman şəhidlərimizə olan sevgi tərənnüm olunub. Zəfər Gününə həsr olunmuş tədbir böyük coşqu və yüksək ruh yüksəkliyi ilə başa çatıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.