PREZİDENT 4 POLKOVNİKƏ GENERAL RÜTBƏSİ VERDİ - Mirzəyevin rütbəsi artırıldı + DOSYELƏR (Yenilənib)

8-11-2024, 08:31   



Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə general-leytenant Hikmət İzzət oğlu Mirzəyevə “general-polkovnik” ali hərbi rütbəsi, polkovnik Ələkbər Məhəmməd oğlu Cahangirova, polkovnik Gündüz Əliş oğlu Əbdülova, polkovnik Azər Əlövsət oğlu Məmmədova “general-mayor” ali hərbi rütbəsi verilib.

Gneral rütbəsi alan hərbçilərimizin dosyelərini təqdim edirik:

General-mayor ali hərbi rütbəsi alan polkovnik Ələkbər Məhəmməd oğlu Cahangirov:

Ələkbər Cahangirov

Ələkbər Cahangirov Salyan rayonunun Aşağı Noxudlu kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində hərbi hissə komandiri olaraq iştirak edib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə, işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ələkbər Cahangirova "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb.

General-mayor ali hərbi rütbəsi alan polkovnik Gündüz Əliş oğlu Əbdülov:


Gündüz Əbdülov

Əbdülov Gündüz Əliş oğlu 1976-cı ildə Şuşa şəhərində anadan olub. 2000-ci ildə Türkiyədə Milli Müdafiə Universitetində “sistem mühəndisliyi” ixtisası üzrə bakalavr, 2007-ci ildə yuxarı təhsil pilləsi üzrə ABŞ Quru Qoşunları Baş Komanda və Qərargah Akademiyasında operativ və strateji səviyyədə idarəetmə təhsili alıb, 2016-cı ildə Azərbaycan Milli Müdafiə Üniveristetinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu bitirib.

2000-ci ildən etibarən Azərbaycan Ordusunda leytenant hərbi rütbəsində hərbi xidmətə başlayıb, döyüş bölgəsində yerləşən hərbi hissələrdə və Müdafiə Nazirliyinin Mərkəzi Aparatında müxtəlif komanda-qərargah vəzifələrində polkovnik hərbi rütbəsinədək yüksəlib. O, 2019-cu ilin sonunda öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılıb. Xidmət müddəti ərzində NATO-nun Beynəlxalq Hərbi Qərargahında qərargah zabiti, daha sonra isə NATO-nun Brüsseldəki Qərargah Mənzilində Hərbi Komitə yanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndəsi - Azərbaycan Respublikasının NATO-dakı Missiyasının hərbi məsələlər üzrə müşavirinin müavini vəzifələrində hərbi diplomat missiyasını yerinə yetirib.

Müdafiə Nazirliyinin Hərbi Əməkdaşlıq İdarəsində şöbə rəisi və idarə rəisinin müavini vəzifələrində xidmət etdiyi dövr ərzində xüsusi ilə Avro-Atlantik məkanda yerləşən xarici dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində başda NATO-nun Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı və ABŞ-ın Beynəlxalq Hərbi Təhsil və Treninq Proqramı olmaqla bir sıra hərbi təhsil və təlim proqramlarının Azərbaycan Ordusunda tətbiqinə rəhbərlik edib.

Azərbaycan Ordusunun NATO və BMT ilə əməkdaşlığı çərçivəsində missiyaya açılan kontingentinin fəaliyyətinin təşkilinə, habelə Beynəlxalq Qızıl Xaç Komitəsi və Müdafiə Nazirliyi arasındakı ikitərəfli planın icrasına rəhbərlik edib.

2020-ci ildə TƏBİB-in Aparat rəhbəri vəzifəsində təyin olunub.

Azərbaycan Respublikası Prezidenti adından “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2003)” və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)” yubiley, “Qüsursuz xidmətə görə” 3-cü, 2-ci və 1-ci dərəcəli, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, eləcə də Vətən Müharibəsi dövründə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə"medalları ilə təltif olunub.

General-mayor ali hərbi rütbəsi polkovnik Azər Aydın oğlu Məmmədov:


 Azər Məmmədov


Azər Məmmədov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavinidir.

Adıçəkilən şəxslərlə yanaşı, ədliyyə polkovniki Elçin Nəriman oğlu Əliyevə də general-mayor ali hərbi rütbəsi verilib.

***

Prezident İlham Əliyev Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

general-polkovnik” ali hərbi rütbəsi

general-leytenant Hikmət İzzət oğlu Mirzəyevə

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Ələkbər Məhəmməd oğlu Cahangirova

polkovnik Gündüz Əliş oğlu Əbdülova

polkovnik Azər Aydın oğlu Məmmədov

ədliyyə general-mayoru” ali hərbi rütbəsi

ədliyyə polkovniki Elçin Nəriman oğlu Əliyevə.

azpolitika.info





Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar