Çərşənbə günü ABŞ Rusiya qoşunlarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması haqqında məlumatlara münasibət bildirib.
"Düzünü desək, biz Rusiya ordusunun dinc və sabit Cənubi Qafqaz regionunun yaradılmasına töhfə verdiyini göstərəcək heç nə görmədik və keçən il payızda Dağlıq Qarabağda baş verən hadisələr bu baxımdan çox əlamətdardır. Bu, Rusiyanın etibarlı müttəfiq və ya tərəfdaş olmadığının açıq-aşkar nümunəsidir", deyə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Turan-ın suallarına cavabda bildirib.
"Bildiyiniz kimi, biz 2020-ci ildə Dağlıq Qarabağda hərbi əməliyyatlara son qoyan və bu regiona Rusiya qoşunlarını yerləşdirən üçtərəfli sazişin iştirakçısı deyildik. Lakin biz Ermənistanın və Azərbaycanın möhkəm və layiqli sülhə nail olmaq səylərini qətiyyətlə dəstəkləyirik və bu prosesə kömək etməyi davam etdirməyə hazırıq", deyə Patel qeyd edib.