Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Səttar Bəhlulzadə adına gimnaziyada nümunəvi addım: Aprel şəhidləri yad edilib - Foto

8-04-2024, 08:52   





Bakının Səttar Bəhlulzadə adına Xarici Dillər təmayüllü gimnaziyasında aprel döyüşlərinin şəhidləri, qəhrəmanları üçün anım tədbiri keçirilib. Anaxeber.info məlumat verir ki, bu tədbirin keçirilməsi vətənpərvərliyin təbliğatında çox mühüm bir addımdır. Gimnaziya rəhbərliyi şagirdlərin maariflənməsi, vətənpərvərlik hisslərinin aşılanması üçün nümunəvi iş görüb. Əslində, belə tədbirlər bütün təhsil ocaqlarında təşkil olunmalıdır və tez-tez keçirilməlidir. Bu mənada gimnaziya rəhbərliyi olduqca vacib bir nümunə ortaya qoyub ki, başqaları da bu müsbət addımı təkrarlasınlar. 
Gimnaziyanın direktoru Xəyalə Veyisovanın təşəbbüsü ilə keçirilən tədbirdə Aprel şəhidləri bir dəqiqəlik sükutla yad edilib, sonra onların Qarabağın azadlığına gedən yolda göstərdiyi şücaətdən, fədakarlıqdan bəhs olunub. Direktor X.Veyisova bildirib ki, həm aprel döyüşçüləri, həm hər iki Qarabağ müharibəsinin qəhrəmanları bugünkü nəsil üçün vətənpərvərlik nümunəsidirlər. Gimnaziya direktoru vurğulayıb ki, məhz onların canlarından keçməsi müqabilində işğala son qoyulub və bu gün xalqımız təhlükəsiz, azad şəkildə yaşayır. O, gənclərin, məktəblilərin bu tarixi qəhrəmanlardan örnək götürməli olduqlarını qeyd edib. Daha sonra məktəbin 6 Ə sinifinin rəhbəri Elfira Məmmədova Aprel döyüşlərinin iştirakçılarının keçdiyi savaş yolundan danışıb. Sinif rəhbəri deyib ki, aprel şəhidləri və qaziləri də hamı kimi bir vaxtlar bu parta arxasında oturublar, şagird olublar. Onun sözlərinə görə, onların qəhrəmanlığı bütün məktəblilər üçün bir vətənpərvərlik dərsidir.  




Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar