Ukraynanın keçmiş prezidenti Viktor Yuşenko Azərbaycanın ATV kanalına müsahibə verib.
V. Yuşenko müsahibəsində Ukrayna-Azərbaycan əlaqələri, vətənində baş verən proseslər, bunun Azərbaycana təsiri və digər məsələlərlə bağlı kanalın əməkdaşının suallarını cavablandırıb. O, bildirib ki, bu gün Qafqazda real olaraq güclü, prespektivli bir dövlət quruluşu fəaliyyət göstərir ki, bu da Azərbaycandır. Onun sözlərinə görə, öz mövqeyi və ölkəsinin firavanlığı uğrunda ciddi fəaliyyyət göstərən bir liderin olması çox təqdirəlayiqdir.
V. Yuşenko Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərə də münasibət bildirib: "Hesab edirəm ki, baş verən poseslərə müstəqil qiymət verilməməsi Dağlıq Qarabağ münaqişəsinin yaranmasına və ümumilikdə Azərbaycanın ərazi bütovlüyünə qarşı arzuolunmaz addımlara gətirib çıxarır. Moldova, Gürcütsan, Azərbaycan və Ukraynanın ərazi bütövlüyü niyə pozuldu? Bütün bunlarda bir səbəb var- Rusiya. Daha dəqiq desək ki, Rusiya rəhbərliyinin millətçi yanaşması. Bu yeni Rusiya imperiyasının yaranması anlamını ifadə edir. Ermənistan oyuncaqdır, aparılan siyasətin kökü burda deyil, kökü daha dərindir".
Ukraynada baş verənlərin səbəbini xarakterizə edən V. Yuşenko bildirib ki, bu ölkəsində rəhbərliyin zəifliyi ilə bağlıdır.
[media=http://www.youtube.com/watch?v=ETJ-VPDdInM]