KİV: “Obamanın bu addımı rüsvayçılıqdır”

12-01-2015, 12:34   

Dünən Parisdə terror əleyhinə təşkil edilən Respublika marşında Böyük Britaniya Baş naziri Devid Kemeron, Almaniya kansleri Angela Merkel, İsrail Baş naziri Benyamin Netanyahu, Türkiyə Baş naziri Əhməd Davudoğlu, Rusiya Xarici İşlər naziri Sergey Lavrov, o cümlədən İtaliya, İspaniya və 50-yə yaxın ölkənin nümayəndəsi iştirak edib.
Paris yürüşündə ABŞ-ın yüksən dövlət rəsmilərinin iştirak etməməsi Qərb mediası tərəfindən tənqidlə qarşılanıb.

“Obamanın Paris yürüşündə iştirak etməməsi ABŞ üçün utanvericidir və ölkənin əlaqələri baxımından son dərəcə fəlakətli qərardır”, - deyə “Forbes” bildirib.

“Nyu York Deyli Nyus” qəzeti də terror hadisələrinə qarşı keçirilən Respublika marşında Obamanın iştirak etməməsini ayıb sayıb.

“40-dan çox dünya liderinin iştirak etdiyi Paris yürüşündən Obamanın üz çevirməsi amerikalılar üçün biabırçı vəziyyətdir”, - deyə ABŞ-ın “Foks Nyus” kanalının aparıcısı Qreta Van Susteren bildirib.

Qeyd edək ki, dünən Parisdə baş vermiş terror hadisələri ilə bağlı Respublika marşı təşkil olunub. Yürüşə 1,3 milyon insan qatılıb.
Axar.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.