Vahid Ələkbərovun "Yelo Bank"ından Bayrağımıza laqeydlik - Görürlər, yerdən götürmürlər...

6-11-2024, 09:18   





Əvvəllər "Nikol bank" kimi tanınan, indisə "Yelo Bank” adı ilə fəaliyyətini davam etdirən bankın binası qarşısında dalğalanan Azərbaycan bayrağını külək yerə salsa da, bankdan heç kəs yerdən qaldırmayıb.
Anaxeber.info xəbər verir ki, bu barədə feysbuk sosial şəbəkəsində Pərvanə Kazımzadə yazıb. O bildirib ki, külək bayrağı ötən gün saat 07.50-də aşırsa da, saatlarla bayraq yerdə qalıb:

“Bu boyda binadan biri çıxıb bu bayrağımızı niyə götürmür? Saat 07.50 külək səbəb olub deyib keçməyək. Çox söz yazardım. Yazılan fikirlərə görə belə qənaətə gəldim ki, qeyri iş saatında – küləkdə, yağışda, qarda Bayrağa hər şey etmək olar. 44 günlük müharibədə oğullar qeyri iş saatında, qeyri iş günündə, qarda, yağışda və məhz Noyabr ayının bu günlərində şəhid olub – Qarabağın hər kəndində, rayonunda Bayrağımızı dalğalandırırdılar”.
Xatırladaq ki, "Yelo bank" "Lukoil"in rəhbəri Vahid Ələkbərova məxsusdur.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar