Parisdəki terror aktı Ukrayna mətbuatının gündəminə təxminən 2 ay öncəki xəbəri gətirib.
Putinin eks-məsləhətçisi Andrey İllarionovun “İslam baharı” ilə bağlı noyabrın 27-də Polşanın Respublika TV-sinə verdiyi intervü Ukrayna mətbuatında yenidən aktuallaşıb.
Eks-məsləhətçi “İslam baharı”nın Putinə yeni imkanlar qazandıracağını bildirib:
“Hesab edirəm ki, Avropa ölkələri və hökumətləri 2015-ci ilin yazında “İslam baharı” timsalında ərəb ölkələrinə yox, Avropaya kütləvi hərəkət olsa, çox da təəccüblənməyəcəklər. Bu, Avropa ölkələrində destabilizasiyaya doğru hədəflənəcək. Avropa liderlərinin diqqətinin yayınmasından istifadə edən cənab Putin bu zaman özünün neoimperiya planlarını keçmiş SSRİ ərazisində reallaşdırmağa cəhd edəcək”.
Axar.az həmin görüntüləri yenidən təqdim edir:
[media=https://www.youtube.com/watch?v=xA8EWg3Jq_M]